Misir Mərdanovun mütəmadi tənqidləri nədən xəbər verir?..

20:28 25.03.2023 1 865
Misir Mərdanovun mütəmadi tənqidləri nədən xəbər verir?..

Sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov son vaxtlar ictimai müzakirələrdə xüsusi fəallıq göstərir. 77 yaşlı institut direktorunun təhsillə bağlı məsələlərə operativ reaksiya verməsi birmənalı qarşılanmır. 2013-cü ildə nazir postu ilə vidalaşandan sonra həmişə ehtiyatlı davranışları ilə diqqət çəkən qocaman professorun birdən-birə ölkənin təhsil ictimaiyyətini narahat edən məəslələrə obyektiv reaksiya verməsi çoxsaylı suallar doğurub.

"Suyu üfürə-üfürə içən" Mərdanovun əvvəl Dövlət İmtahan Mərkəzini, ardınca isə Elm və Təhsil Nazirliyini tənqid atəşinə tutması nə ilə bağlıdır?..

11-ci sinif şagirdləri üçün martın 12-də keçirilən buraxılış imtahanlarında sualların çətin olmasına ilk etiraz edənlərdən biri də Misir Mərdanov olmuşdu. Sabiq nazir attestat almaq istəyən 11-ciləri çətinə salmağın doğru olmadığını bildirmişdi. O, orta məktəb proqramından kənar sualların imtahana salınmasının yolverilməz olduğunu vurğulayaraq, DİM-in ünvanına tənqidi fikirlər səsləndirməkdən çəkinməmişdi.

Qeyd edək ki, bundan əvvəl də Misir Mərdanov tez-tez təhsillə bağlı verdiyi açıqlamalarla gündəmə gəlib. O, xüsusilə son 6 ayda təkcə institut direktoru deyil, həm də təhsil eksperti kimi fəaliyyət göstərir. Mətbuat üçün əlçatan olması və təhsildəki problemlərə dair peşəkar mövqe sərgiləməsi keçmiş nazirin personasına marağı daha da artırıb.

"Yeni Sabah" məsələni araşdırarkən maraqlı məlumatlar əldə edib. Məlum olub ki, Misir Mərdanovun son vaxtlar yenidən fəallaşması səbəbsiz deyil. AMEA-da Mərdanovla birlikdə çalışan şəxslərdən biri saytımıza deyib ki, o, yenidən nazir postuna qayıtmaq istəyir. Mənbənin sözlərinə görə, Misir müəllim bunun üçün əlverişli məqamın yetişdiyini düşünür:

"Son bir ildə təhsil sektorundakı problemlər daha qabarıq şəkildə gözə batır. Məktəblərdə rüşvətxorluq hallarının artması, yeni təyin olunan direktorların öz işinin öhdəsindən gələ bilməməsi, dərsliklərdəki səhvlərin üzə çıxması Emin Əmrullayevin vəziyyətini xeyli çətinləşdirib. Təkcə cəmiyyət və təhsil ictimaiyyəti deyil, hətta hakimiyyətin yuxarı eşelonu da nazirin fəaliyyətindən narazıdır. Misir Mərdanov hesab edir ki, Emin Əmrullayev tezliklə yola salınacaq. O, 77 yaşı olmasına rəğmən özünü bu posta ən layiqli namizəd hesab edir".

Mənbə qeyd edib ki, Misir Mərdanov son vaxtlar abituriyentlərin və onların valideynlərinin ürəyincə olan açıqlamalar verməklə, cəmiyyətdə müsbət imic yaratmağa çalışır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}