Nəsimi İH-nin əməkdaşlarına qarşı rüşvətxorluq iddiası

09:43 7.01.2023 1 619
Nəsimi İH-nin əməkdaşlarına qarşı rüşvətxorluq iddiası

Söhbət 20 min manat pulun tələbindən gedir

Bu barədə BİA.AZ saytında Nəsimi Rayon İcra Hakimiyyəti əməkdaşlarının sahibkardan 20 min manat rüşvət tələb etmələri barədə “GündemXeber.az” saytına istinadən maraqlı bir yazı paylaşılıb. Maraqlı olan təkcə yazıda adları çəkilən rəsmilərin rüşvətxorluq halına meyllənmələrinin vurğulanması deyil, həm də şəxsindən rüşvət istənildiyi bildirilən sahibkarın, eləcə də iaşə obyektinin adlarının “GündəmXəbər.az” saytı tərəfindən məxfi saxlanılmasıdır. Yazıda bildirilir ki, əldə faktlar və səs yazıları var, əgər sübutlar varsa, onda sahibkarın və sözügedən obyektin adlarının açıqlanılması nə problem yaradır ki?.. Hər halda, tərəflərin mətbuata açıqlamalarından sonra, qabardılan məsələnin təfərrüatları aydınlaşacaq.
Gizlinlərin aşkara çıxarılması və mövzunun izlənməsi baxımından, “BECAN.AZ” da yazını, bir neçə kiçik korrektə düzəlişlərilə, olduğu kimi, təqdim etməyə qərar verir:
“Son illər yerli icra hakimiyyətlərində aparılan araşdırmalar bir daha sübüt edir ki, tələb edilən rüşvət birbaşa icra hakimiyyətinin başçısı tərəfindən “qüvvəyə minir”. GündemXeber.az saytına daxil olan müraciətlərdən biri də məhz bu cür məmur özbaşınalıqlarından və rüşvət tələbi hallarından xəbər verir. Belə ki, Nəsimi rayonunda fəaliyyət göstərən bir kafenin sahibi istifadəsində olan (adı şərtdir) iaşə obyektinin həyatyanı sahəsində köhnə “palatka”dan yığılmış kabineti sökmək və onu müasir üsulla - şüşəli profillə yığmaq üçün rayon icra hakimiyyətinə şifahi müraciət edir. İcra hakimiyyətinin əməkdaşı Kamran adlı şəxs kafeyə gələrək, həmən yerə baxış keçirmişdir. Onu da nəzərinizə çatdıraq ki, baxış zamanı həmən palatkanın fotoları da lentə alınıb. Təbii ki, Kamran söz sahibi deyil və arada “gül aparıb, gətirəndir”. Məsələ ilə bağlı bir müddət susqunluq höküm sürsə də, yenidən icra hakimiyyəti ilə telefon əlaqəsi yaradıldı. Təklif olundu ki, kafenin sahibi Nəsimi rayon icra hakimiyyətinə təşrif büyürsün.

Bazarın gəlhagəl vatına bax...

Beləliklə, adı hallanan quruma yollandıq. Nəhayət, bizi Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsində Bağırov Elvin Yaşar oğlu qəbul etdi. Nə üçün gəldiyimizdən məlumatlı olan Baş məsləhətçi, özünü rayon rəhbəri kimi göstərirdi. Şəhərsalma və Tikinti Məcəlləsi, Fövqalada Hallar Nazirliyi ilə özü danışaçağını, eyni zamanda, onlara çatacaq pulu özü verəcəyini bildirdi. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə çətin razılaşacağını vurğulayan Elvin Bağırov, onları “erməni”adlandırdı. Onun dediyinə görə, həmin qurumun əməkdaşları olduqca yüksək məbləğ tələb edəcək. Əslində, bütün danışıqlar cəfəngiyyatdan başqa bir şey deyildi. Əvvəla, sözügedən ərazidə heç bir tikinti aparılmır ki, sadaladıqları dövlət qurumun əməkdaşları hər hansısa problem yaratsın. ”Bizə nə qədər verə bilərsiz?” - sualına isə “10.000(on min) manatdan artıq imkan olmayacaq” - deyə, bildirdik. E.Bağırovsa, öz növbəsində, rəhbərliklə danışdıqdan sonra cavab verəcəyini söylədi. Görünən odur ki, rüşvətə bulaşan baş məsləhətçi vəzifə səlahiyyətindən sui-istifadə edərək, korrupsiya hallarına yol vermişdir.

Vasitəçinin 20.000(iyirmi min) manat tələbi

Təsərrüfat şöbəsinin digər əməkdaşı Kamran adlı şəxslə yenidən telefon əlaqəsi yaratdıq. Qarşı tərəfin tələbi isə olduqca yüksək idi. Onun dediyinə görə, rəhbərlik 20000 (iyirmi min) manat rüşvətin qarşılığında razılıq verəcək. Hələ üstəlik, tələb olunan məbləğ hazır olsa belə, rayon rəhbərliyi “hə” dedikdən sonra işə başlamağın mümkün olacağını bildirdi.
“GündemXeber.az” olaraq, bildiririk ki, faktları, səs yazılarını Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etməyə hazırıq.
Digər tərəfdən, bildiririk ki, ölkə başçısı, cənab İlham Əliyevin rüşvətxorluğa qarşı apardığı amansız mübarizədən nəticə çıxartmayan Nəsimi RİH başçısı Asif Əsgərov, öz çirkin əməllərini hələ də sərbəst həyata keçirir.
Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.

Elman Qənbərli”

“BECAN.AZ” olaraq, mövzuda adı hallandırılan qurumun və şəxslərin cavab hüququnu tanıyırıq və bunun üçün şərait yaratmağa hazır olduğumuzu bildiririk.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}