"Nazir İnam Kərimov aqrar sahəni anlamır - baramanın gündə neçə dəfə suvarıldığını soruşur"

16:08 2.01.2023 1 606
"Nazir İnam Kərimov aqrar sahəni anlamır - baramanın gündə neçə dəfə suvarıldığını soruşur"


Aqrar Universitetində qeyri-peşəkarların rektorluq uğrunda savaşı - PREZİDENTƏ MÜRACİƏT

Yenixeber.org: Redaksiyamıza Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Qurban Əliyevin, pedaqoji heyət adından, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə ünvanlanmış müraciətinin surəti daxil olub. Müəllif müraciətində Azərbaycan Dövlət Aqrar Universitetində özbaşınalıqlardan, qeyri-peşəkarların özfəaliyyətindən bəhs edir...

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
"İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da, bir müddət keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam xəbərsizdir. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşur ki, siz, baramanı gündə neçə dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab nazir, barama yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya suvarılması məsələsindən bixəbərdir. İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf Mərkəzlərində direktor vəzifələrinə işə götürdü. İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab nazir, tarix müəllimi hara, baytarlıq
idarəsi hara?..
Eynən bunun kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə, tez-tələsik, öz yaxın qohumu olan Zəfər Qurbanova Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.

Zəfər Qurbanov


Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək, yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir. Eləcə də, bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olundu. Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi deyil. Bu adam Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikovun kürəkəni Elnur Əliyev isə Mikayıl Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir. Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza yaratdı. Zəfər Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə tanıtmaq əvəzinə, universiteti müxtəlif məmurların təsiri altına saldı. Digər tərəfdən, universitet həm də Tədris hissəsinin müdiri Elay Zeynallı, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Keyfiyyətin Təminatı və strateji inkişaf şöbəsinin müdiri Mehman Kərimovun hegemonluğu altına keçib. Bu şəxslər heç bir elmlər doktorunu, heç bir professoru saymır, öz bildiklərini edirlər. Zəfər Qurbanov isə daxili nəzarət şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini yoxlamır, əllərində jurnal professor-müəllim heyətini yoxlayır.

Əhməd Məlikov


Bu gün Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə "Əkinçilik, genetika və seleksiya" kafedrasına keçirilən kafedra müdiri seçkisində aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq, bu sahəyə tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızı Aynur Həsənovanı müdir seçdi. Aynur Həsənovanın anası Ema Aslanova Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər müəllimləri tərəfindən tədris olunub, bu xanım latın əlifbası ilə yaza bilmir. Bu gün universitetdə tələbədən rüşvət yığan, müəllimliyə belə ləkə olan şəxslər vəzifələrə təyin olunur. Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir. Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib. İxtisasları bağlayır, tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir və onun Sərəncamına hörmətsizlikdir.

Telman Məlikov


Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb. Əhməd Məlikov isə Qəmbər Abdullayevin, Nurəddin Məmmədovun, Texnologiya Universitetinin sabiq rektorundan gecə-gündüz ora-bura donos yazan Azər Allahverdiyevin yaxın dostudur. Onun da heç bir qabiliyyəti yoxdur, olsa idi Texnologiya Universitetində ona vəzifə verərdilər. Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl Cabbarovun kadrıdır. Hər ikisinin məqsədi rektor olmaqdır. Rektorluq uğrunda mübarizə gedir, savaş gedir. "İki qoçun başı bir qazanda qaynamaz", - deyib, atalar...

Amma İnam Kərimov tədbirdə, vəzifədən qovulan mədəniyyət naziri ilə birgə, onlara bildirilməsinə baxmayaraq, Respublika Prezidentinin stolunda oturaraq, öz siyasi kursuna zərbə vurdu. Ona görə də rektorluq uğrunda mübarizədə Zəfər Qurbanovu müdafiə etmək iqtidarında deyil, bu savaşda Mikayıl Cabbarovun kadrı olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta, artıq Əhməd Məlikov Göygöl rayonunda Gilavar restoranında dostları ilə yeyib-içərkən, Zəfər Qurbanovun "qatarının getdiyini" bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd etmişlər.

Elnur Əliyev


Lakin hər iki namizəd aqrar sahəyə tamamilə yad olduğundan, yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri-ixtisas sahibi üçün böyük çətinliklər törədir. Mərhum akademik Cəlal Əliyevin dediyi kimi, torpaqda yetişib, torpaqda böyüyən, ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.

ADAU-da magistr, bakalavr, yüksək ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru hazırlanırsa, ən azından bu universitetə aqrar sahəyə tam bələd olan şəxsin rəhbərlik etməsi daha münasibdir. Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib, fars dili mütəxəssisi olan, daha sonralar Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək, idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”.
Ümid edirik ki, ölkə rəhbəri bu universitetin aqrar sahədən tamamilə məlumatsız şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir".

Redaksiyadan: Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:52

Pensiyalar 53 manat artırılır - Hansılar?

18:58

Şaxtada su sayğacları necə qorunmalıdır?

18:52

ADSEA kollektivi Şəhidlər xiyabanını ziyarət edib

18:43

"20 Yanvar"ın 36-cı ildönümü Ağsuda da yad edilib

12:20

Azərbaycan yük təyyarələri Ermənistan səmasında...

11:42

Həm şəfalı, həm də gəlirli bitki...

13:55

Yenidən hava dəyişəcək, qar yağacaq

13:46

Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər

17:15

İran "Starlink"i boğmağa çalışsa da, o, bu gün yerli xalqın yeganə informasiya xəttidir

17:05

Sosial şəbəkələr üzərindən təklif olunan sosial yardımlar saxta və təhlükəlidir - XƏBƏRDARLIQ

16:54

Bakı 4 əsir ermənini İrəvana qaytardı

12:00

Elbəyi Həsənlidən Mir Şahinə jurnalist "silləsi"..

11:44

Bəzi məcburi köçkünlərə yardım dayandırılır

11:37

Etirazçılar polisə silah daşıyan avtobusa basqın etdi

12:46

Teatrda əriyən, əridikcə böyüyən ömür - Xalq artisti, ŞƏHİD atası Əli Nur

19:21

Bakıda ən ucuz torpaq sahələri və qiymətləri...

19:14

Baş Nazir icra məmurları haqqında qərar qəbul etdi

18:55

Temperatur 10 dərəcə enəcək, intensiv qar yağacaq - XƏBƏRDARLIQ

11:49

İranda ölənlərin sayı 65-ə çatıb

11:41

Daha iki rayonda heyvan satışı bazarı açıldı

11:21

İranın xarici işlər nazirinin Livana qaçdığı bildirilir

10:02

Bu vəzifələr ləğv olundu, işçilər ixtisar edildi - Yeni ştatlar

12:08

Azərbaycanın 110 kv/km ərazisi bizim nəzarətimizdədir - Simonyan

12:00

“Etirazçılarla qarşıdurmadan çəkinin” - Pezeşkian

11:51

Ermənistanda neft və dizelin qiyməti ucuzlaşacaq

11:44

Rusiya ballistik raket atdığını etiraf etdi

11:32

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

21:08

Siqaretlərin qiyməti qalxdı - Siyahı

20:58

Xamenei Moskvaya qaçacaq, əgər...

05:04

Benzin və dizelin qiyməti bahalaşdı

11:10

Ağac bəzəmək tamamilə türk adətidir

19:19

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü İzmirdə coşqu ilə qeyd olunub

18:36

Bir ay əvvəl vəzifəyə təyin edilən icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM

18:28

Diaspor fəaliyyətinə sədaqətin təntənəsi: Nigar Ögeday təltif olunub

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO