Suraxanını xarabazara çevirib, torpaqlarını hərraca qoyan başçı… – VİDEO

21:51 31.03.2023 1 228
Suraxanını xarabazara çevirib, torpaqlarını hərraca qoyan başçı… – VİDEO

2019-cu ilin dekabrından Suraxanı rayonuna icra başçısı təyin edilən Əziz Əzizov son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o, rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.

Bu barədə Suraxanı rayonunun özbaşınalığa etiraz edən sakinlərinin videoçıxışlarında bildirilir.

Məlumat üçün qeyd edək ki, bu barədə mediada dəfələrlə yazılsa da, Ə.Əzizov “dədəm mənə "kor" deyib, gəlib-gedəni "vur" deyib” prinsipi ilə nə sakinlərin narazılığını saya salır, nə də onu bu vəzifəyə təyin edən dövlət başçısının qəzəbinə tuş gələcəyindən qorxur.

Bu azmış kimi, Prezident Admnistrasiyasında oturan havadarına arxalanan Əziz Əzizovun Hövsan qəsəbəsində genişmiqyaslı tikinti işlərinə başladığı məlum olub. Belə ki, hələ Hövsan qəsəbəsi son 30 ildə bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb.

Bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, qəsəbə sakinləri üçün hər yeni gün, yağışdan sonra çıxan göbələklər kimi, yeni icarəyə verilən obyekti görməli olurlar. Bu iş elə sürətlə və genişmiqyaslı aparılır ki, son 9 ildə Ağ Şəhərdə aparılan tikinti işləri onun yanında sönük qalır.

Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunmasından qısa müddət sonra təkcə Oqtay Şabanov küçəsində 20-dən çox yeni böyük obyekt inşa edilərək, icarəyə verilmək üçün təhvil verilib.

Yerli sakinlərin bildirdiyinə görə, həmin obyektlərin bir çoxu artıq icarəyə verilib, bir çoxu da özünün icarədarını gözləyir. Ən acınacaqlısı və qəsəbə sakinlərini narahat edən isə Oqtay Şabanov küçəsində, köhnə Tural kafesinin (indiki Sərinqala) yerləşdiyi binanın həyətinin zəbt edilməsi olub.

Buranın zəbt edilməsinə göz yuman Ə.Əzizov, orada hələ sovet dövründən qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq, orada nəhəng obyekt tikilməsinə şərait yaradıb. Hazırda uşaqların sevimlisi olan həmin meydançanın yerində böyük bir ticarət obyekti ucalır, obyektin birinci mərtəbəsində “İrşad telekom”“Araz” supermarketi yerləşir.

Ə.Əzizovun növbəti tikinti əməliyyatı Yeni Günəşli qəsəbəsi AB massivi, 50v binanın qarşısında baş verib. Belə ki, 40 ildir burda yaşayan sakinlər binanın qarşısında tikilən obyektlərə görə gün işiğına həsrət qalıblar. Deyilənə görə, icra başçısı aparılan tikinti işlərinin şəhid abidəsi ilə bağlı olduğunu deyərək, sakinləri aldadıb.

Onu da qeyd edək ki, eyni ərazidə 9 ay öncə eyni binanın qarşısında 3 mərtəbəli obyekt inşa edilib. Binadan hündürdə tikilən obyekt evləri qaranlığa qərq etmək və havalandırmanın qarşısını almaqla yanaşı, kanalizasiya və çirkab sularını da binanın özülünə axıdır. İndi isə baş vermiş qanunsuzluğa etiraz edən sakinlər iş yerlərindən çıxarılmaqla təhdid edilir.

Daha bir maraqlı fakt odur ki, Ə.Əzizov icra başçısı təyin edildikdən bir qədər sonra Abşeron rayonunda torpaq və kommersiya sahəsində maxinator kimi məşhur olan Fuad Cəbrayılovu özünə müavin təyin edib. Bütün bu tikinti işləri də məhz onun müavin təyin edilməsindən sonra geniş vüsət alıb.(Tribunainfo.az)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}