Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın dəyişdirilməsilə bağlı müvafiq prosedur qaydalarına başlanıldığı bildirilir.
Bu barədə xəbər verən Xarici İşlər Nazirliyindəki etibarlı mənbənin sözlərinə görə, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin yeni rəhbəri də artıq təsdiqlənib.
Lakin Prezident Sərəncamı üçün, prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.
Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir.(Bakıpost)