Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.
Təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulur.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı aztv-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı buna keçid edilib:
"Bu şəxslərə sınaq müddəti verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra, o, yenidən imtahan və digər prosedurlara cəlb edilir".