Robinzon səltənətinin sakinləri

11:45 9.01.2023 1 591







Oktay ŞAMİL









(II hissə)
… Tanya bir ara qadınlıq cazibəsini gerçəkdən itirmişdi. Nataşa ilə tutuşduranda, bu, açıq-aydın görünürdü. Sifətindəki qırışlar artıb-çoxalmışdı. Çəkdiyi makiyajlar, qoyduğu maskalar, vurduğu ənlik-kirşanlar belə, üzündəki sarsıntıları apara bilməmişdi. Durna gözünə bənzəyən gözlərinin haləsində isə yəhudi cizgiləri ilə yanaşı, öncəki illərin sarsıntılarını da sezmək olurdu.
Mən, görüb-tanıdığım, rast gəldiyim bütün qadınları gənc, enerjili, gördüyüm ağaclarısa yaşıl görmək istəyirəm. Qüruba üz tutan qadınla payızına qədəm qoyan ağaclara gerçəkdən yazığım gəlirdi. Hər ikisi dərd gətirir, kədərli görünür. Tanya ilə Nataşanın qüruba üz tutan gəncliyi də kədərliydi. Ağaclar quruyanda kəsilib atılır, insanın qocalığı da gərəksizliyinə rəvacdı. Həyatın qəddarcasına söylədikləri, bax, bunlardı...
Bayaq özümə verdiyim sualı bu dəfə dönüb Tanyaya verirəm: - Sən burdan Türkmənbaşı limanına kimi üzə bilərsənmi?..
Tanyanın ilıq, həlim, ovsunlayıcı səsi bu dəfə qətiləşib kəskinləşdi: - Dəniz suyunun temperaturu imkan versə, əlbəttə, üzərəm - dedi. Təkcə bədənimin soyumasından ehtiyatlanıram.
Mən, Türkiyə sahilləri boyunca bir çox çimərliklərdə, həmçinin də Aralıq dənizinin Kipr sahilində, Baltik dənizi çimərliklərində haçansa çimmişəm. Qırx ildi də Xəzər sahillərindəyəm. Burdan Türkmənbaşıya olan məsafə birdən-birə mənə də qolay göründü. Fikrən Türkmənbaşı limanını dolanıb qayıdanda özümü gerçəkdən okean sularındakı kimi hiss etdim. Canıma okean təlatümləri gəlib doluşdu. Mən, təlatümlü dalğaların arasıyla ləngərlənə-ləngərlənə üzdükcə, üzümə çırpılan köpüklü suların xoş təmasını duyurdum. Ötüb keçən dalğaların nənni nəvazişi ovqatımı xeyli xoşhallandırırdı. Dönüb Tanyanın sifətinə baxdım, orada da ölçüyə gəlməyəcək ləngərli təlatümləri gördüm...
O, qadınlıq cazibəsi ilə sözlərini aram-aram tələffüz etdikcə, lətif səsi okean sularının dərinliyindən gələn sərinliyi gətirirdi. Gerçəkdən, bütün vücuduma sərinlik doluşurdu. Tanyanın səsinin sakit tərzi-təğəyyürü çəkib məni hətta dibsiz dərinliklərə aparmaq istəyirdi. Çox güman, o dərinliklərdə də məni qərq edəcəkdi.
Neçə dəqiqədi əhvalım qaydasındadı. Həyat eşqi gənclik illərimdəki kimi, eyzən sinəm altında qaynaşır, məni uzaq səfərlərə, yeni mənzillərə səsləyirdi.
Tanyanı qayğılandıran ən ümdə məsələ itlərin güllələnəcəyi ilə bağlı gəzən söz-söhbətlər idi. Alayın "sən mənə problemlər yaratmısan" - deməsi, onu həqiqətən üzüb-incidirdi.
"İtləri yemləmək havaxtdan problemlər yaradıb?" - dedi. "Bunu hansı məntiqlə söyləyir görəsən?"
Tanya qəfildən çevrilib fikrini belə tamamladı: "Qadınına və heyvanlarına kəc baxan, onu əzən, əzab-əziyyətlər verən ölkəni ancaq müsibətlər gözləyir!".
Gözlərini eyni bir nöqtəyə zilləyərək, əzbərdən söylədiyi bu sətirləri, elə bil, "Bibliya"dan oxuyurdu. Soruşdum, "Bibliya"dandı? Dedi, - yox, bilmirəm, amma sınaqlardan keçib gəlmiş kəlamdır! - Mən, susdum...
Alay itləri polisə "quduz" kimi qələmə veribmiş, deyəsən. Aradan xeyli ötüb keçsə də, sahil boyunca səllimi sakitlik sürsə də, Tanya yenə üzülüb həyəcan keçirirdi. Doğrudan, itlər güllələnsə, Nataşa ilə Tanyanın halı necə olacaqdı? Mən, itlərdən yana dalaşan o cırqursaq Romanı hələ demirəm...
İnsanlar bu ölkənin hər tərəfində müdafiəsizdi. Evdə müdafiəsiz, işdə müdafiəsiz, gəlib-görüb-duyduqları, ürək qızdırdıqları bu yerdə - çimərlikdə müdafiəsiz, dənizin içində müdafiəsiz... Suitilərə yem olmayacaqlarına da zəmanət yoxdu.
- Yox, o, adam tutmaz! - dedi. İlk baxışda "yox, o, yalan danışmaz" şəklində anlaşıldı. Ana öz övladına sanki zəmanət verirdi.
Şıx çimərliyini bir neçə yerə bölüb, zəbt edib hasarlamışdılar. Güdükçülər qoyulmuşdu. Polis vardı. Ayağını bir balaca əyri basanda, mərəkə qopurdu. Deyirdilər, kasıb-kusubun lövbər saldığı bu bir tikə yeri də gələn yaya qədər hasarlayacaqlar. Sonra buraya pənah gətirmiş bu biçarələrin halı necə olacaqdı, Allah bilir...
İtlərsə hələlik kefində, keyfiyyətindəydi. İllah da Tuzik! Yedikcə hürür, yaxından ötən motorlu qayıqların arxasınca yüyürürdü... Bəzən "iqamətgaha" yaxın düşmək istəyən qarğalara, qağayılara da hücum çəkib, onları havada haqlamağa çalışırdı. Yayın quyruğu uzandığına, gəlib-gedənlər hələlik əskilmirdi. Hərə öz qulpundan çıxan nələrisə bu itlərə peşkəş edirdi.
Qışda zavallılar həftələrlə ac qalmalı olurdu. Ya yaxındakı kəndə üz tuturdular. Kənddəkilər də it günündəydi deyə, veriləsi heç nələri qalmamışdı.
Tanya deyir, Tuzikin o itlərə heç bir qohumluğu çatmır. Yeddi-səkkiz ay öncə dağdan enib gəlib. Gəlib Bobagilə ulaşandan sonra yerlənib-yataqlanıb. Görünür, o da bir çoxları kimi alfonsluq yolunu tutub. Niyə də tutmasın?!
İş o yerə çatıb, hətta, "Marik" dediyimiz o yəhudi də o əzəlki səliqə-sahmanlı düşərgəsinə həsrət qalıb. İtləriylə bərabər həpir-şüpürünü yığıb, hasarın bu tayına atıblar. Bir vaxt əyləşib-əyləndiyi, uzanıb-dincəldiyi yerlər möhtəkir caynağındaydı.
Marikin nəzarətində üç itdi. Daha doğrusu, ürəyində üç itə o sığınacaq verib. Biri Şakaldı, Tuzikin qancıq məsələləri üzrə konkurenti! İkincisi, Pələngdi, Tuzikin Şakaldan qoparıb aldığı məşuqəsi! Üçüncüsü, taytaq Cekdi, aranı qatır, özü həmişə kənara çəkilir. Boyu balaca olduğuna, bərkdə əli yoxdu. Tanya deyir, boyuna görə biz ona məşuqə tapa bilmirik. Marik dəfələrlə ayağının altına daş yığıb, bəlkə bəxti açıla, bir şey alınmayıb. Boyu imkan verməyib. Bacarmayıb.
Srağagün çimərliyə mən gələndə, Tuziklə Boba gözə dəymədi. Azad sevgi mücahidləri, görünür, hippilərsayağı haralardasa sərələnib qalıb. Tyuba ilə Belkanısa bu aclar diyarında yuxu basır, halsız görünürdülər. Həmişə uşaq tövrü ilə üstümə yüyürən bu dərrakəli itlər indilik etina belə göstərmədilər. Yəqin, bilirdilər əliboş gəlmişəm.
Sahil boyu çəmbərlərə sırmaşan, növbə-növbə qayalığa dırmaşan dalğaların bir düjünü qaya başından aşıb, Tyubagilin üstünə töküləndə, itlər bildi iş tüstüdü. Odur ki, qaçmağa üz qoydular. Belkasa birləşmiş nəşriyyatın qabağında dayanıb, gündəliyini güdən o zavallı yazıçı kimi, talantını bütünlüklə işə salıb, nəyisə qoparmağa çalışırdı. Gah başıma fırlanıb quyruq bulayır, gah da sədaqətini özgə cür göstərirdi. Hətta, yerə yıxılıb o üz-bu üzə çevrilərək, dil tökürdü. Mütləq nəyisə qoparmaq istəyirdi. Amma hanı?! Evdən tələsik çıxdığıma, dördayaqlıları unutmuşdum.
Robinzonlar səltənətinin birinci ledisi Boba öz gözəlliyi ilə diqqəti daha çox çəkirdi. O da, Kandaliza Rayts kimi, qara doğulmuşdu. Amma mütənasib əli, ayaqları, bədən-baş-sifət quruluşu digərlərində, demək olar, yox idi. Tuzikin bu qədər ona vurğunluğunu, mən ayrı cür izah edə bilmirəm…
(Ardı var)

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}