Robinzon səltənətinin sakinləri

22:23 5.01.2023 1 467








Oktay ŞAMİL










(I hissə)
Srağagün anlamını tapıb arayıb-araşdıra bilmədiyim bir sözü beynimin hansı küncünə atmışamsa, tapa bilmirəm. Kaş qeyd edəydim - dedim, bu qədər çək-çevirə də ehtiyac qalmazdı. Hərdən anlamını bildiyim sözlər də yadıma düşmür... Yamanca unutqan olmuşam.
Ha bağ, ha ev, ha beyin - elə bir fərqi yoxdu, səliqə-sahman gözləməlisən. Səliqəsizlik "sarsıntıdan-stresdəndi" - söyləyirlər. Mənim stresimin kökü-köməcəsi görünür, daha dərin qatlardadı. Bəlkə hələ iliyimə də işləyib.
Bu gün evdə təkəm. Arxasıüstə əllərimi çarpazlayıb, uzanıb pəncərəmin önündəki o tək çinarda 3 yarpağa göz qoyuram. Srağagündən bəri yeni boyalar gözümə dəyir. Qızılı rəngin qəhvəyi çaları, deyəsən, bir qədər çoxalıb.
Bir-birinə söykənək bu sacayaq yarpaqlardan biri artıq yoxdu. Srağagün axşamçağı qaratoyuq və qumruların dümələnə-dümələnə, məzələnə-məzələnə budaqdan-budağa hoppanıb gecələməyə yer axtardığı zaman yerindəydi.
Yaddaşıma güvənib yazmadığım o tək sözün itib-batmış bu yarpağa necə də bənzəri vardı. Düşüb, amma hara? Bəlkə batan gəmi imiş qərq olub o da, dənizin dibinə enib?! Ya bəlkə ayaqyalın addayıb keçdiyim o qayaların hardasa da üstündədi, sadəcə seçə bilmirəm?! Hər nəysə, dəli küləklərin vıyhavıyında dənizə enib qalxdığın zaman qaya dişləri hər şeyi unutdurur. Hətta, öz doğmaca adını da...
Sarsıntıdan yaddaşın pozulduğunu mən ilk dəfə Tanyadan eşitmişəm. Orta yaşlı, qəhvəyi saçlı bu rus yəhudisi dostluq etdiyi Nataşayla birgə günəşli, sakit, qarlı qış günlərində də buraları unutmur. Mehrlərini "çimərlik" adlanan bu kiçik vadiyə, bir də çimərlikdəki sahibsiz itlərə salıblar. İnsanlardan riya gördüklərinə görədi bəlkə bu sahibsiz səfillərə dayəlik göstərirlər. İtlər də bunun əvəzini qaytarmağa çalışır sanki, "canlı-cinlidən" onları qoruyub hifz edirlər...
Belə götürəndə, Tanyagilin prezident qvardiyasına bənzəyən etibarlı mühafizəsi vardı. Yad nəfəs, hənirti eşidəndə dərhal sərhəd zolağına cuman itlər hər kəsə öz yerini göstərirdi.
Bizim məskən salıb "yuva qurduğumuz" bu məkandan o tərəfə isə təxminən, 250-300 metrlikdə Alay adlı bir qaçqının eviydi. Sovet dönəmində bu ev dənizi müşahidə obyekti olub. Brakonyerləri izləyib, tapıb, nəfsi güc gələnləri ilim-ilim itirtdirib.
Gerçək müsəlman övladı olan Alay 17-18 il öncə öz el-obasından perik düşənlərdəndi. İki oğlu, həyat yoldaşı, anası mənim tanıdığım adi kənd adamlarından heç nəyi ilə fərqlənmir. Amma qatı dindar qadağaları, abır-həya, ədəb-ərkan qaydaları, davranışdakı standartlar bunları heç cür şəhər mühitinə alışdıra bilmir. Müsəlmançılıqlarısa uzanıb məskən saldığımız qayalığa qədər gəlir. Bu yerdə, burda oğlanlar qızla görünə bilməz. Görünsə, Alayın pəhləvan cüssəli iki oğlu hazırdı. Başı eynən gürzə başı kimi sivri, baldır yoğunluqda qoluna gürzə tatuirovkası vurdurmuş kiçik oğlu ayaqlarını aralı basa-basa, gürzə kimi də fısıldayıb obyektə yaxınlaşır. Qızıxmış gürzə kimi başını qaldırıb obyektin düz gözünün içinə baxır və deyir: - Qaqulya, burda qızla gəzmək qadağandı. Görürsən, yaxınlıqda ev var, ailə var, qadın, uşaq var. Görüşmək istəyirsiniz, gedin ayrı yerə...
Bu sözlərdən sonra oğlanla qızın heç bir əlacı qalmır, özgə məkana üz tutmalı olurlar... Naməhrəm gözü o tərəflərə baxmamalıydı.
Söhbət açdığım itlər də elə Alayın öz qapısında doğub-törəyib-küçükləyib-artıb. İntəhası, sonradan baxımsız qalıb Tanya ilə Nataşaya ulaşıblar.
Mənimsə çilləli günlərim başlanıb. Başım, beynim, yaddaşım pırtlaşıb, əriş-arğaclarım dəyişik düşüb. Baxımsız bağ kimiyəm, uçulmuş dağ kimiyəm. İç dünyamın səliqə-sahmanı itib. Yaddaşımı alaq basıb, kol-kosluqdu. Beynimin təyin edə bilmədiyim bir küncündəsə adını bilmədiyim bir nəfər özünü asıb. Yəqin, belə yerdə deyiblər "evində ölməyəsən, a kasıb, balaların görüb çığrışar...".
Başımı götürüb, yenə dənizə qaçmışam. Kölgəsində itlərin uzandığı qayalıqda qırçınlı dənizi göz dolusu seyr edirəm. Qəfildən ağlıma belə bir fikir gəldi. "Burdan Türkmənbaşı limanına kimi üzmək olarmı? Yaralı ayağımın sızıltısı bu fikri özgə səmtə yönəltdi. Ayağımla məşğul olmağa başladım.
Bala qağayı ikinci dəfə də naşılıq göstərib dənizə şığıdı, bu dəfə də dimdiyinə heç nə keçmədi. Görünür, ruzi dənizlərdə də daşdan çıxır.
Qayaların sərinliyinə sərələnmiş itlər qəfildən ayağa qalxıb götürüldü. İstər-istəməz çevrilib o səmtə baxmalı oldum. Gördüm, Tanya! Adəti üzrə çiyninə aşırdığı çantası doludu. Əlində tutduğu torbada da hələ nələrisə var. İtlər it duyumuyla bunu hiss edib, Alayın alaqapısına tərəf yüyrüşdü. İfadə caizsə, Tanya robinzonlar səltənətinin, demək olar, kraliçasıydı, "kartec" onu qarşılamağa yollanırdı.
Təbii, bu, rəsmi qarşılanma deyildi. Ülahəzrət öz təbəələrinin başını arabir sığallayır, məhəbbətini bildirməyi də unutmurdu.
Sonra balaca Belkanı (adları Tanya ilə Nataşa uydurmuşdu) qundaq uşağı kimi qucağına alıb, dəniz vannasına apardı. Şampunla yuyundurandan sonar, gətirib nənəsi Bobanın, anası Tyubanın yanına buraxdı. Yemək və yal dəstgahı adlanan bu uzun pleyada başa çatdıqdan sonar, gedib əllərini dəniz suyu ilə yaxaladı. Şort və koftasını dəyişib çimərlik libasına keçdi. Əyin-başını düzəldəndən sonar, ogünkü suiti əhvalatının geniş açımlı xəbərini çatdırmaq üçün qonşuluqdakı "külafirəngi"də özünə yer elədi.
Mən, qadına hörmət əlaməti kimi qalxınıb salamını aldım, kefini soruşdum. İxtilatımız gözlədiyim kimi də suiti əhvalatı ilə başlandı.
Nataşa ilə Tanyanın uzağa üzməsini, demək olar, hər gün görüb müşahidə edirdilər. Bir saatlıq, saat yarımlıq "dəniz gəzintisi" bunlara adiləşmişdi. Uzaqlara üzməyəndə, əksinə, iynəsi gecikmiş narkotikə dönüb stress keçirirdilər. Bəzən iki-üç saat dənizdə qalırdılar. Gedib uzaqdakı neft-axtarış platformasının başına dolanandan sonra, qayıdırlar. Bu isə 15-20 millik məsafə demək idi. Yəqin, suiti əhvalatı da oralarda baş vermişdi…
(Ardı var)

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}