Qarabağın Əsgəran qəsəbəsində Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.
Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, kontingentin komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfi ilə birlikdə araşdırma aparır.
Rusiya MN növbəti dəfə
“Dağlıq Qarabağ” yarlığından istifadə edib, həmçinin Xocalı rayonunun Əsgəran qəsəbəsini
“Əsgəran rayonu” kimi təqdim edib. Azərbaycan toponimlərinin təhrif olunması bununla bitməyib. Bülletendə Xankəndi şəhəri yenə
“Stepanakert” kimi təqdim olunub. Bildirilir ki, sülhməramlılar
“həmçinin Stepanakertə 156 ton humanitar yük, o cümlədən 23 tonu “Biz birik” çoxmillətli fonddan çatdırıblar”.Görünür, Azərbaycan yeni komandana və Rusiya MN-ə xəbərdarlıq etməli olacaq.(Musavat.com)