Uzun gecələrin qısa əhvalatları

19:34 10.01.2023 1 724
Uzun gecələrin qısa əhvalatları






Rövşən ŞİRALIYEV







“Böyük çillə”də, gərək, böyük adamların söhbətlərinə qulaq asasan, qış da onda tez ötüşüb gedir . Bir-iki gün əvvəl “əsgərgəldi” məclisindəydim və o məclisdə qulaq asıb, eşitdiyim
maraqlı söhbətlərdən ikisinin yadımda qalan məzmununu qələmə alıram ki, bu uzun qış gecələrində sizlər də oxuyub, vaxt ötürəsiniz.


Elman müəllimlə Səyavuş müəllim əsgərlik dostudular. Hər ikisinin yaxşı xatirə danışmağı var. Bu dəfə də elə oldu. Əvvəlcə Elman müəllim dostu Səyavusla hərbi xidmətdə olduğu dövrdə başlarına gələn əhvalatlardan birini danışmağa başladı:

“İkimiz də Birinci Qarabağ savasi dövründə kəşfiyyat rotasında xidmət edirik . Bir gün komandir bizə tapşırıq verdi ki, hökmən erməni tutub gətirməlisiniz . Neyləmək olardı, əmrdən çıxmaq olmaz. Gecənin bir aləmi, qarlı-covğunlu gündə yola düşdük . Gündüzlər gizlənir, gecələr yol gedirdik. Bir kolluğa çatanda, gördük bir dəstə dovşan əyilə-əyilə gedir. Silah işlətməyin yeri deyildi. Mən, cəld ağ rəngli maykami çıxardıb, Səyavuşun kəmərinin ucuna bağladım . Maykanı da alt tərəfdən bağladim ki, “tor”a düşən dovşan qaça bilməsin. Bir dəfə atdım, düz keçdi dovşanın başına, dartib gətirdim yanımıza. Səyavuş da kəsib, dərisini soyub, yığırdı. On dəfə beləcə maykanı atdım, dovşanların hamısını tutdum. Hazır, soyulmuş dovşanları bir ağaca keçirdib, asdıq hündür palıd ağacının budağından ki, qayıdanda apararıq komandirə. Həm də özümüz yeyərik.
Yenə bir az getmişdik ki, gördük bir sürü canavar bizə tərəf gəlir. Çox qorxulu anlar idi. Birdən, gördüm dostum cibindən bir fanar çıxartdı, tusladi canavarlara tərəf və canavarlar bir-bir sərilirdi yerə. Demə, dostumun cibində işıqsız lazer tapança var imiş. Nə isə...
Ha yavaş-yavaş gəlib çatdıq etməni səngərinə. Gördük ki, erməninin ikisi akopda əyilə-əyilə gəzir, beş-altı nəfəri isə çaxır içir, deyib-gülürlər. Göz-qaşla plan qurub, birimiz sağdan getdik, birimiz də soldan, erməniləri mühasirəyə aldıq. Lap yaxınlaşıb, avtomatları tuşladıq üstlərinə. Nə qədər yalvardilar, xeyri olmadı . Hamısı əsir götürüb, qayıtdıq geriyə. Yolda da asdığımız dovşanları yüklədik dığaların belinə.
Nəhayət, gəlib çatdıq hərbi hissəyə. Komandir bizi görüb, çox sevindi. Dovşanları acgözlüklə kabab eləyib, yedik. Səhərisi gün isə komandir ikimizə də “mayor” rütbəsi verdi!”


Yerbəyerdən səslənən “Əhsən!” - nidalarından sonra, Səyavuş müəllim də əsgərlik xatirələrindən birini nəql eləməyə başladı:

“O vaxtı Əfqanıstanda qulluq edirdim. Şakalov familiyali komandir məni bir tacik balası ilə posta göndərdi. – Səyavuş müəllim tacik balasıni təsvir-tərif edəndə, çönüb Elman müəllimi göstərib, dedi, elə bir çalım bizim Elman müəllimə oxşayırdı. - Çox "şustri" “soldat” idi. Əlqərəz, getdik posta. Dar axşamçağı, bir də gördük bir sürü Əfqan bizə tərəf sürünə-sürünə gəlir.
Yubanmadan, tez çıxdıq bir dağdağan ağacına. başladıq əfqanlari bir-bir dənləməyə. Biz dənlədikcə, qoşunun ardı gəldi. .. Birdən, patronumuz qurtardı. Bu anda tacik balası başımdan bir çəngə tük çıxardıb, tez yandırdı. Son ümüd yeri kimi, mən, avtomatın şompulunu çıxardıb qoydum lüləyə və atdım əfqanlara tərəf. Tikə-kabab kimi, beşi birdən keçdi şompula...
Bu məqamda, bir də gördüm, yüzlərlə quş dimdiyində bizə patron gətirir. İkimiz də papagimizi qoyduq budaqların arasına, bir saniyədə papaqlar patronla doldu. Quşlar gətirdi, biz atdıq... Səhər açılanda gördüm ki, yer-yurd hamısı Əfqan cəsədidi.
Postu təhvil verib, gəldik "çasta". Komandir bizə "Spasiba, rebyata!" – deyib, apardı yeməkxanaya. Hərəmizə bir sosiska, bir bakal da pivə verdi. Başladıq sisiskani yeməyə. Biz sosiskani dislədikcə, sosiska uzandı, pivəni içdikcə, bakal öz-özünə təzədən doldu... Əlqərəz, günortaya kimi sosiskani güclə yeyib qurtardiq . Pivə bakalı da yarımçıq qaldı.
İki gün istirahət etdik. "Çasta" gedən kimi, komandir mənə bir vedrə orden-medal verdi.”


Məclisdəkilər söhbəti dinlədikdən sonra, hamı bir ağızdan dedi: - Sənə də “əhsən!” - Səyavuş müəllim!
Alqışlar bitər-bitməz, göydən üç şüşə “vodka” düşdü, üçü də müəllimlərin sağlığina içildi.

Di, qarınız mübarək, çilləniz xeyirli olsun!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}