İrandakı nümayişlərdə iştirak edən daha bir nəfər edam cəzasına məhkum edilib.
Bu barədə İran Ədliyyəsinə bağlı "Mizan" Xəbər Agentliyi məlumat yayıb.
Edama məhkum edilən şəxs Cevad Ruhi Novşəhr rayonunda keçirilən nümayişlər zamanı ağır cinayət əməlləri törətməkdə ittiham olunur.
O, həmçinin nümayişlər zamanı polis bölməsini və Quranı yandırmaqda da günahlandırılır.
Nəticə etibarilə, İran adlanan ölkədə, son kütləvi etiraz nümayişlərinə bağlı olaraq, indiyədək edam cəzasına məhkum edilmiş 4 nəfər hakim rejim tərəfindən öldürülüb, 30 nəfər isə edam olunacağı günü gözləyir.
BECAN.AZ