Müasir Azərbaycan dilçiliyində İlham Tahirov paradiqması

10:57 8.06.2023 1 129
Müasir Azərbaycan dilçiliyində İlham Tahirov paradiqmasıBütün insanlar kimi, elm adamları da təkcə öz ömrünü yox, eyni zamanda, cism və ruhlarında təcəssüm olunan vətənin, millətin, xalqın, torpağın... taleyini yaşayırlar və bu tale də bütün hallarda milli olur. Heç kəs bu taledən yan keçə bilmir: hamı dünyanın harasında olmasından asılı olmayaraq, öz dərəcəsində (özünün və ətrafındakıların müəyyənləşdirdiyi ölçüdə) bu tale ilə bağlıdır. O, kiminə rahat həyat, kiminə də əzab-əziyyət şəklində qismət olur. Azərbaycanda elm aşiqlərinin alim adına yaşadıqları ömür böyük ölçüdə intellektin həyat yox, həm də özləri və ailələrinin fiziki-maddi mövcudluqları uğrunda yaşadıqları ömürdür. Bu “tale yarışını” hər adam “finişə” qədər gedə bilmir: çoxları yarımçıq qoyub “öz ömrünü” yaşayır. Ancaq elə alimlər də var ki, elm eşqinə sadiq qalıb, min-bir əziyyətlərə dözür. Yaddaşımdakı obrazı taleyüklü elmi tədbirlərdə prinsipial çıxışlarının, nümayiş etdirdiyi cəsarətli və obyektiv alim mövqeyinin təsiri altında formalaşmış filologiya elmləri doktoru, professor İlham Mikayıl oğlu Tahirov, sözün hər bir anlamında, bu taleyi bütün dolğunluğu ilə (“detallarına qədər!”) yaşamış alim və şəxsiyyətdir.

İlham Tahirovun müxtəlif formatlı və dərəcəli dilçilik müzakirələrində “avtoritetlərdən” çəkinməyib, dilin obyektiv reallığı inikas edən qanunlarından çıxış etməsini, onları cəsarətlə müdafiə etməsini həmişə keçdiyi sərt həyat yolunun inikası hesab etmişəm. SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmiş (1986), bir müddət Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində müəllim işləmiş (1986-1990) İlham Tahirov Azərbaycan həyatının ən ağır, qarışıq dövründə – 90-cı illərdə (1990-1993) Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. Təkcə Azərbaycan xalqının deyil, eyni zamanda, keçmiş SSRİ və dünya sosialist məkanının həyatında ən müxtəlif sosial, siyasi təlatümlərlə müşayiət olunan 90-cı illərdə aspirant olmaq qəhrəmanlığa bərabər bir hadisə idi. Çünki “qaynar bir qazanın içərisində olub da, qaynamaqdan xilas olmaq mümkün deyildir”. İlham bəy həmin dövrdə həm yaşamaq, həm də “intellektual mən”ini yetişdirmək uğrunda mücadilə verirdi. Və bəlkə də, bu da bir tale naxışıdır ki, o, “zaman içində zamanı” yaşayırdı. 27 yaşında akademik elmin cığırına qədəm qoymuş gənc yaşadığı zamanı “dilin zamanı” konseptindən dərk etməyə, öz ilahi-temporal dialektikası ilə mövcud olan zamanın sirlərini linqvistik zaman formulları müstəvisində anlamağa çalışırdı.

Təbii ki, insan övladı varlıq aləminin dialektikasını “sonadək” anlamağa qadir deyil. Çünki bu dialektika bütün hallarda teoinformativ mahiyyətə malikdir. Ancaq nə xoş ki, varlığın dialektik potensiyasının mahiyyətində “ilahi söz” durur. Varlıq onun bütün məzmun və formalarında sözdən başlanır və sözlə yaşanır. Bu cəhətdən, belə hesab edirəm ki, sözün bədii və intellektual aşiqləri, haradasa, xoşbəxtdirlər. Düşünürəm ki, onları mənsub olduqları milli zamanın bütün dolanbaclarından “salamat” keçirən də elə bu aşiqlikdir. İlgham Tahirov da bu yolu tutdu, 60-na qədər bu eşqlə yaşadı və Azərbaycan dilçiliyində “İlham Tahirov” imzası ilə “zaman paradiqmasını” gerçəkləşdirməyə nail oldu.

İlham Tahirov peşəkar dilçi kimi “Azərbaycan dili” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə professordur. Bütün həyatı elmlə bağlıdır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aspirant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, elmi katib, şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Əvvəlcə “Qədim dillər və mədəniyyətlər” şöbəsinə rəhbərlik etmiş, hazırda isə Hind-Avropa dilləri şöbəsinin müdiridir.

Alimin linqvistik düşüncə paradiqması dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi kimi sahələri əhatə edir. Uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində Azərbaycan dilçilik məkanında özünəməxsus fikir paradiqması yaratmışdır. Bu paradiqmanın məzmunu, mənası və mahiyyəti onun “Temporal leksika” (2008), “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası” (2007), “Dialekt leksikasında alınma sözlər” (2004), “Azərbaycan dilçiliyi müntəxəbatı” (II cild, 2013, həmmüəlliflə), “Qədim dillər üzrə biblioqrafiya” (2018, kollektiv), “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” (2022) kimi kitablarında inikas olunmuşdur.

İ.Tahirovun Azərbaycan dilçiliyindəki rolu, gətirdiyi yeniliklər, özünəməxsus tezislər, əsasən, aşağıdakı maddələri əhatə edir.

O:

– sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirmiş;

– Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş;

– leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq tədqiq etmiş;

– leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuş;

– Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini araşdırmış, qədim alınma sözlər layını aşkarlamış;

- Azərbaycan coğrafi adlarının ingilis dilində verilmə qaydalarını hazırlayıb, rəsmiləşdirilməsinə nail olmaqla, bu prosesin unifikasiyasında mühüm addım atmışdır.


İlham Tahirov həm də bir müəllm və ustaddır. Əldə etdiyi bilikləri ali məktəblərdə tələbələrə öyrətməklə yanaşı, dilçi alim kadrların hazırlanmasında da gərgin əmək sərf edir. Onun rəhbərliyi altında 12 nəfər fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə etmişdir.

Müxtəlif elmi şura, komissiya, bölmələrdə iştirak etməyə də vaxt tapan İlham Tahirov həm də peşəkar tərcüməçidir. Tərcüməçilik fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, beynəlxalq təşkilatları da əhatə edir. Ümumən, ingilis və rus dillərindən tərcümə etdiyi 6 kitab müəllifidir.

60 yaşını tamamlamış İlham Tahirov öz intelluktual fəaliyyətinin zirvə məqamındadır. Bu cəhətədən, Azərbaycan dilçiliyinin obyektivliyi və prisipiallığı ilə seçilən ən ciddi simalarından hesab olunur. Ona Uca Yaradandan sağlam və elmi uğurlarla dolu ömür arzulayıram.






Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO