ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı etibarsız məlumatlar verdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə daha az etimad göstərməyə başlayıb.
Xəbər verilir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
O bildirib ki, Kreml rəhbəri döyüş meydanındakı vəziyyətlə bağlı həqiqətdən uzaq məlumatları Trampla bölüşüb və guya ərazilər zəbt etməsi ilə öyünüb:
“İndi o, (Tramp) daha çox mənə inanır. Çünki mənim kəşfiyyatımda olan və bizim tərəfdaşlarımızla paylaşdığımız məlumatlar fərqlidir”.Becan.az