Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

17:57 5.09.2025 833
Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

Sentyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin vurulması ilə bağlı sığorta ödənişlərinin həyata keçirildiyini bəyan etdi. Həmin açıqlamada hadisə ilə bağlı “kompensasiya məsələsinin artıq həll olunduğu” təəssüratı yaradılırdı.

Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanata cavab verdi. Rəsmi Bakı bildirdi ki, sığorta ödənişi ilə dövlətlərarası kompensasiya məsələsinin eyniləşdirilməsi düzgün deyil və ictimaiyyəti çaşdırır. Həmçinin əlavə olunub ki, sığorta ödənişləri prosesi artıq 6 aydır həyata keçirilir.

Amma burada sual yaranır: Rusiya niyə məhz indi – 6 aydan sonra belə bir məlumat yayır? Məqsəd nədir?

Politoloq Zaur İbrahimlinin fikrincə, Rusiya bu bəyanatla məsuliyyətdən yayınmağa çalışır və beynəlxalq ictimai rəyə "məsələ artıq həll olunub" siqnalı vermək istəyir:

"Ən vacib məsələ Rusiya tərəfinin öz məsuliyyətini etiraf etməsidir. Biz görürük ki, Rusiya söz oyunlarından istifadə edərək hüquqi məsuliyyəti üzərindən atır. Mütəxəssislər bildirirlər ki, kompensasiyanın miqdarı hüquqi məsuliyyətin üzərinə götürülməsi ilə sıx bağlıdır. Qəza ilə bağlı ən mühüm məsələ Rusiyanın siyasi yanaşmasıdır. Əlbəttə, dünyada aviaqəzalar baş verir və bu zaman dövlətlərin necə hərəkət etməsi beynəlxalq konvensiyalar və ikitərəfli sazişlərlə müəyyən olunur. Bu baxımdan Rusiyanın siyasəti Moskvanın beynəlxalq hüquq normalarına əsaslanan ikitərəfli münasibətlərə üstünlük vermədiyini göstərir. Rusiya hesab edir ki, onun hüquqi məsuliyyəti üzərinə götürməsi və bundan doğan zəruri addımlar atması, onun mövcud iddialarına, geosiyasi statusuna xələl gətirə, onun nüfuzunu zərbə altına qoya bilər. Əlbəttə, bunlar hamısı səhv yanaşmadır. Söhbət mülki təyyarədə insanların həyatından gedir və ən vacibi iki qonşu ölkənin münasibətlərinin xarakterindən gedir. Əgər müttəfiqlik fəaliyyəti haqqında sazişə imza atmış ölkələrdən biri digər ölkənin mülki təyyarəsini vurduğu halda öz üzərinə məsuliyyət götürmək istəmirsə, bu yanaşma münasibətlərin bütün spektrini zədələyir".

Bu bəyanatın Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən dərhal sonra yayılması da təsadüfi deyil. Xüsusilə Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu məsələdəki qəti mövqeyinin Rusiyanın diplomatik narahatlığını artırdığı görünür.

Zaur İbrahimli bildirib ki, Rusiya ictimai rəyi çaşdıraraq Azərbaycanla münasibətləri bərpa etmək niyyətindədir:

"Azərbaycanın apardığı diplomatik iş, o cümlədən “AZAL”la bağlı məsələnin artıq beynəlxalq gündəliyə daxil olması, xüsusilə istintaqın yekunlaşma mərhələsində olması Rusiya tərəfini narahat edir, onlar bilirlər ki, Azərbaycan araşdırmadan doğru qərar çıxarılmasına nail olacaq. Beləliklə, bütün dünya Rusiyanın gerçək üzünü görəcək. Ona görə narahatdırlar, hesab edirlər ki, kompensasiya məsələləri ilə, Azərbaycanla ortaq maraqlar haqqında danışmaqla Bakının mövqeyini yumşalda bilərlər. Rusiyanın çox açıq şəkildə Azərbaycanla qeyd-şərtsiz kommunikasiyanı bərpa etmək istəyi görünür. Düşünürlər ki, tərəflər arasında müəyyən təmaslar baş verərsə, AZAL təyyarəsinin vurulması ilə bağlı araşdırmanın nəticəsi də böyük rezonans doğurmaz. Ölkə prezidentinin ŞƏT sammitindən əvvəl “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın mövqeyi bir daha qətiyyətlə səsləndirildi. Bundan sonra Azərbaycanın indiki tələblərindən geri çəkilməsi real görünmür. Rusiya ilə danışıqlar başlaya bilər, lakin düşünürəm ki, Azərbaycanın bu məsələdə güzəştə gedəcəyini gözləmək obyektiv analiz olmazdı".(Bakupost.azl
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO