Adnan Əhmədzadə işi böyüdü - ŞOK TƏFƏRRÜAT

10:10 24.09.2025 798
Adnan Əhmədzadə işi böyüdü - ŞOK TƏFƏRRÜAT

Azərbaycan neftinin “qara qızıl” yox, “qara ləkə” kimi təqdim olunduğu günlərdən keçirik. Neftimizin satışı etibar edilmiş, SOCAR eks-funksioneri Adnan Əhmədzadə dəmir barmaqlıqlar arxasındadır.

İllərlə “toxunulmaz” görünən bir oliqarx şəbəkəsi indi Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunur. Bu iş artıq sadəcə hüquqi yox, həm də milli təhlükəsizlik məsələsinə çevrilib.

Məlumata görə, Adnan Əhmədzadənin həbsindən 4 gün sonra, sentyabrın 23-də BP rəsmisi Tamam Bayatlı açıqlayıb ki, hazırda Ceyhan terminalında yerləşən bütün çənlərdə neft standartlara uyğundur, problem həll olunub.

Bəli, “hazırda”... Amma sual budur ki, xloridlər o çənlərə necə sızıb və kim bundan qazanc götürüb?

Neftin hasilatı və nəql prosesində kimyəvi reagentlərdən istifadə olunur. Normalda bu qatışıqlar təmizlənməlidir. Deməli, əgər xloridlər qalıbsa, ya işə məsuliyyətsiz yanaşılıb, ya da bilərəkdən göz yumulub. Dünyada keyfiyyətsiz nefti keyfiyyətli partiyalara qatıb-qarışdırmaqla ixrac etmək praktikasına tez-tez rast gəlinir. Bu, yüz milyonlarla dollar qazanc deməkdir. Çox güman ki, Ceyhan çənlərinə də məhz bu məqsədlə şübhəli qarışdırma əməliyyatı aparılıb.

Bunu kim edib və ən əsası kimin maraqları çərçivəsində edib?

Azərbaycanın əsas üstünlüyü beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicidir. Neftin keyfiyyəti ilə bağlı ən kiçik qalmaqal belə ölkəyə qarşı geosiyasi təzyiq alətinə çevrilir. Adnan Əhmədzadə işi göstərir ki, SOCAR-ın milyardlarla dollar dəyərində olan neft ticarəti illərlə dar çevrənin əlində olub. Bu dar çevrə üçünsə dövlətin maraqlarından çox şəxsi qazanc ön plana çıxıb!

Nəticədə isə Azərbaycan dünya bazarına keyfiyyətsiz neft satmaq ittihamı ilə üz-üzə qalıb.

Bu məsələdə Azərbaycanın neft bazarında etibarlı tərəfdaş imicinin qəsdən sarsıdılması niyyəti sezilir.

Bu etibarın zədələnməsi işinin içində kimlər var? Adnan Əhmədzadənin dəstəkçiləri kimlər olub? Rusiya xüsusi xidmət orqanlarının işdə rol alması nə dərəcədə realdır?


Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, istintaq bütün detalları üzə çıxaracaq:

“Adnan üzə çıxarılıbsa, digər "adnan"lar da çıxarılacaq. Görünən odur ki, işdə başqa “adnan”lar da var. Rusiya bu məsələyə kompleks yanaşdı. Öncə Ukraynadan başladılar, oradakı Azərbaycana aid SOCAR infrastrukturunu vurmaqla ölkəmizi böyük zərərə saldılar. Amma bununla da dayanmadılar və ən böyük zərəri vurmaq üçün hərəkətə keçdilər. Azərbaycan neftini çirkləndirməklə Ukraynadakı zərəri qat-qat üstələyən və illərə uzanacaq zərər vurdular. Məqsədli şəkildə çirklənmiş neftimizin ötürüldüyü Rumıniyada texniki avadanlıqlar sıradan çıxdı, bu isə çox böyük etirazlara səbəb oldu. Bu, Rusiyanın birbaşa ölkəmizin 1 nömrəli gəlir yeri olan neft satışına qarşı addımıdır. Rusiyanın özü də dünyaya neft satmaqla ayaqda qalır. Bu baxımdan yaxşı bilirlər ki, neft satışının bu və ya digər səbəbdən geriləməsi ölkə üçün çox ciddi iqtisadi gərginlik yaradır. Ona görə də Rusiya bu cür addımı atdı. Azərbaycanın neft satışını əngəlləməklə ölkədə iqtisadi sabitliyin pozulmasına və ümumi sabitliyin dalğalanmasına nail olmağı hədəfləyirlər. Bu istiqamətdə atdıqları ilk addımlar Rusiyada həmyerlilərimizə qarşı total hücumlar, bu hücumlarda xüsusi xidmət orqanlarının iştirakı ilə döyülmələr, vəhşicəsinə qətllər törədilməsi oldu. Lakin həmin addımlarla istədikləri nəticələri ala bilmədilər.

Ona görə də ölkənin gəlir mənbələrini sıradan çıxarmaqla effektli təsir göstərməyə, Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinə zərbə vurmağa çalışırlar. Çox güman ki, qaz nəqli ilə bağlı da oxşar addımları planlaşdırırlar".


İlham İsmayıl deyib ki, Rusiya bu məqsədlərə nail olmaq üçün müxtəlif şəxslərdən istifadə edir:

“Həmin şəxslər məxfi əməkdaşlıq səviyyəsindədir, agentdir, yoxsa ifşaedici materiallar üzərindən cəlb olunublar, hələlik bilinmir. İstintaqın Adnan Əhmədzadə ilə kifayətlənəcəyini gözləmirəm. Yəqin ki, işin üstünə gediləcək, bu işdə kimlərin rol alması, müdaxilə imkanları olan şəxslərin hər biri süzgəcdən keçiriləcək".

Keçmiş təhlükəsizlik zabitinin dediyinə görə, insan faktoru ilə nefti çirkləndirməklə ölkənin iqtisadi potensialını, illərlə qazandığı etibarı sarsıtmaq niyyəti var:

“Bu cür təxribatlar terrordan betər hesab edilir. Terrorun əhatə dairəsi konkret bir ərazidir, sıradan çıxarılan obyektlər, bir neçə insan olur. Məsələn, Ukraynada SOCAR-ın fəaliyyəti yenidən bərpa ediləcək. Adnan Əhmədzadənin fiqurant olduğu iş ölkəmizə qarşı iqtisadi terroru əhatə edir və onun nəticələrini aradan qaldırmaq, qarşılıqlı etimada söykənən münasibətləri yenidən əvvəlki səviyyədə bərpə etmək olduqca çətindir, zaman aparan bir prosesdir. Zaman uzandıqca da dövlət ziyan çəkir. Baş verənlərə görə TransXəzər layihələri də dondurulub. Qazaxıstan Rusiya vasitəsilə Avropaya nəql etdiyi neftini Azərbaycan üzərindən göndərməyə qərar vermişdi. Adnan Əhmədzadə və onun himayədarları sayəsində Azərbaycan və Türkiyənin ən mühüm geostrateji planı hazırda qeyri-müəyyən duruma düşüb. Qazaxıstan və Türkmənistan Azərbaycan üzərindən Avropaya neft nəqlini dayandırıb, yenidən Rusiyaya tərəf addımlayıblar. Təbii ki, Azərbaycan düzənlənən iqtisadi terrorun nəticələrini zamanla aradan qaldıracaq”.

İlham İsmayıl deyib ki, Rusiya Azərbaycan daxilində hərbi təxribatının baş tutmamasını anlayandan sonra belə bir addım atıb:

“Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün rusiyayönümlü qüvvə yoxdur. Qarabağda daha əvvəlki qüvvələri də qalmayıb. Ona görə də Azərbaycanın iqtisadi əlaqələrinə, ölkənin "şah damarı" olan neft və qaz təsərrüfatına zərər vurmaqla təzyiq göstərməyə çalışırlar. Belə addımlar zaman-zaman baş verə bilər və buna görə də zərbənin haradan gələ biləcəyini diqqətlə öyrənməli, o istiqamətdə əməliyyat işlərini artırmalı və eyni zamanda təhlükəsizlik məsələlərini də genişləndirməklə bir daha “Adnan Əhmədzadə işi”nin təkrarlanmasına imkan verilməməlidir".
(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO