“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - “Medera Hospital”dan ŞİKAYƏT

16:57 14.06.2023 1 255
“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - “Medera Hospital”dan ŞİKAYƏT

“16 yaşlı oğlum Ümüd keçən ilin noyabrında avtomobillə vurulub. “Medera Hospital”da həkim səhlənkarlığından uşağımı ölümcül vəziyyətə salıblar. Nəfəs borusu və qida borusunun arası yırtılıb, 7 aydır ki, boğazından bir qurtum su da keçmir. Uşaq 90 kq çəkidən 20 kq-a düşüb. İndi də heç nə etmirlər, deyirlər, apar evə nə qədər ömrü var yaşasın...”

Bu şikayətlə “Qafqazinfo”ya 16 yaşlı Ümüdün anası Qızılgül Quliyeva müraciət edib.

Onun sözlərinə görə, övladı ötən il noyabrın 24-də yol qəzasına düşüb. Uşağı Kliniki Tibbi Mərkəzə ("Semaşko"ya) çatdırıblar. Sonra isə özəl klinikaya yerləşdirilib:


“Mənə zəng elədilər, tez özümü Kliniki Tibbi Mərkəzə çatdırdım. Dedilər ki, uşağı özəl xəstəxanaya apar, həyatı qurtarsın. Bütün xəstəxanalara zəng vurdum, “Medera Hospital”dan cavab verdilər. Bildirdilər ki, adam göndəririk, xəstənin vəziyyətinə baxılsın, çox ağır olmasa, stabil olsa, xəstəxanaya qəbul edərik. 3 min manat depozitlə oğlumu ora yerləşdirdilər.
Əvvəlcə uşaq yaxşıdır desələr də, səhəri gün əməliyyat olunmalı olduğunu açıqladılar. Həkimlər Tural Hacımirzəyev və Kahraman Seyfi tərəfindən başından əməliyyat olundu, beyin qapağını qarnına tikdilər. Sonradan o qapaq da orada irinlədi. Daha sonra dedilər ki, uşaq özü nəfəs alır, amma birdən tibb bacılarının başı qarışar, uşaqda boğulma ola bilər. Ona görə də qabaqlayıcı tədbir kimi bir həftəlik nəfəs borusunu deşirik. Tural həkim necə zərbə ilə açıbsa, uşağın nəfəs borusu və qida borusunun arasını yırtıb və uşağı ölümcül vəziyyətə çatdırıb. Ağzından bir qurtum su keçmir, yoqurtu dilinə sürtürəm, onu belə uda bilmir”.



Fotoda: Ana - Qızılgül Quliyeva

Q.Quliyeva iddia edir ki, klinikadan övladının əməliyyat olunaraq sağalacağına söz versələr də, sonradan əməliyyatdan imtina olunub:

“Paltarıma qədər satıb 180 min manat xəstəxanaya verdim, iki ay uşaqla orada yatdım. Günə 3-5 min min manat pul ödəyirdim. Sonra evə buraxdılar, dedilər evdə müalicə et, gələrsən. Mənə xəstəxanadan söz verdilər ki, biz bu uşağı sağaldacağıq, lazım olsa, Türkiyəyə aparacağıq. Bildirdilər, uşağı başqa xəstəxanada çalışan Arif Ağayev əməliyyat edə bilər. Hətta həkim deyib ki, çox asan əməliyyatdır. 20 gün əvvəl o həkimin yanına getdim, mənə dedi 3 gündən bir 40 min manat pul ödəməlisən. Öncədən də 40 min AZN depozit qoymalısan ki, əməliyyat edək. Əməliyyata da zəmanət vermirəm, yaşamaya da bilər. Sonra isə dedi ki, mən imtina edirəm, əməliyyat etmirəm. Bizi başından elədi. Xəstəxanadan indi də deyirlər ki, qoy nə qədər ömrü var, yaşasın, biz uşağı əməliyyat etsək, öləcək...”.


Ananın sözlərinə görə, artıq onu xəstəxananın həndəvərinə yaxınlaşmağa qoymurlar:

“Təxminən 15 gün əvvəl yenə getdim, dedilər ki, qoy həkimlərlə danışaq, sabah gələrsən. Səhəri gün gedəndə polislər tərəfindən yaxınlıqdakı polis bölməsinə aparıldım, adımdan izahat aldılar ki, bir də bu xəstəxanaya yaxınlaşmayım, yoxsa həbs olunacağam. Xəstəxanadan deyirlər ki, bizə heç bir şey edə bilməzsən.
...Oğlum idmanla məşğul olurdu, güləşçi idi, 11 yaşında çempion olmuşdu. O cür övladım indi bu vəziyyətdədir. Bu dünyada iki balamdan başqa heç kimim yoxdur. Onun da birini o günə qoydular...”



Problemlə bağlı “Medera Hospital”ın hüquqşünası Xeyransa Babayeva bildirdi ki, keçirilən avtoqəzadan sonra Ümüd xəstəxanaya ağır vəziyyətdə daxil olub:

“Xəstə Əhmədov Ümüd kəllə beyin travması, koma (glaskow 3-4,) süni tənəffüs cihazına bağlı vəziyyətdə “Medera Hospital”ın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuşdu. Ailəyə bütün yarana biləcək ağırlıq və həyati risk haqqında məlumat verilib və anası Qızılgül xanım ərizə yazaraq bildirib ki, 1% həyatda qalma şansı olduğunu qəbul edirik və lazım olan son tibbi tədbirlərin həyata keçirilməsinə razılığı ailə olaraq veririk. 40 gün klinikada müalicə aldıqdan sonra xəstə kafi vəziyyətdə evə yola salındı”.

Tibb müəssisəsinin nümayəndəsi həmçinin iddia edib ki, Ü. Əhmədovun ailəsi personalı təhdid etdiyi üçün polisə şikayət olunub:

“Dəfələrlə ailənin klinikaya basqını, bıçaqla personalın təhdid edilməsi, ictimai asayişi pozması hospital tərəfindən polisə verilmə və cinayət işinin açılmasına vadar etdi. Hazırda polis tərəfindən araşdırılma aparılır və ictimaiyyətdən əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaq. Ona görə də həqiqətə uyğun olmayan məlumatlar yayımlayarkən və bu barədə fikir bildirərkən diqqətli olmalarını xahiş edirik”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO