Bir dəstə qızılgül -XATİRƏ

22:58 13.01.2023 1 432







QORXMAZ ŞIXALIOĞLU







Səhv etmirəmsə, 1965-ci ilin yayı idi. Onda on yaşım vardı. "ZİL" markalı yük maşınında bazardan - mən, anamla getmişdim - qayıdırdıq. Aydınlıq üçün deyim ki, biz - İsmayıllının Göyçaya yaxın olan Mollaisaqlı və Hacıhətəmli kəndlərinin cammatı bazarlığa Göyçay rayon mərkəzinə gedirdik. Təsəvvür edin: yayın dözülməz istisi, yaşlı, cavan, qadın, kişi, uşaq, dolu torbalar, setkalar, bir sözlə, maşında iynə atsan, yerə düşməzdi. Hər dikdirə dirənəndə, ağır "ZİL"in sürəti yavaşıyırdı və hamı çala-çökək torpaq yoldan qalxan qalın toz dumanına bürünürdü. Düzü, bu toz-duman heç kimin gözündə yox idi, hamının fikri elədiyi bazarlıqda idı. Onda hər kəndin ayrıca bazar maşını vardı. Bu maşınlar hər həftənin sonuncu günü səhərin alaqaranlığında adamla dolu bazara yola düşər, günorta - muğamat konserti başlayar-başlamaz, kəndimizin qarşısındakı dikdirdən enən kənd yolunda görünərdi.
Həmin gün Hacıhətəmlidən - yəqin öz maşınlarına gecikmişdilər - 2-3 nəfər də bizim maşına minmişdi. Onlardan biri yaşca balaca idi. Təxminən, məndən bir-iki yaş böyük görünən bu oğlan əlində bir dəstə qızılgül tutmuşdu. Bir əli ilə maşının arxa " bort"undan bərk-bərk yapışan bu çəlimsiz və ağbəniz oğlan, bir an belə gözünü qızılgüllərdən çəkmirdi. Hər çala-çuxura düşəndə, az qala hamının bir-birinə qarışdığı maşında bu gülləri əldə salamat saxlamaq çox müşkül məsələ idi. Kartof, soğan, pomidor, yemiş və bu qəbil yüklərin, həmçinin tərli, tozlu, yorğunsifətlərin fonunda, bu zərif qızılgül dəstəsi qəribliyə düşən adam təsiri bağışlayırdı.
Bizim kəndlərdə qızılgül mayın sonunda, iyunun əvvəlləri ömrünü başa vurur. Elə Göyçayda da yayın bu qızmarında qızılgül tapmaq o qədər də asan deyildi. Bir də ki, işdən-gücdən, ot çalımından, əkin-biçindən, qışa odun, şax tədarükündan və bu sıradan olan çeşid-çeşid qayğılardan başı açılmayan kənd adamlarının gözündə qızılgülün elə bir dəyəri yox idi. Hər halda, o vaxt, mən, belə düşünürdüm - yalan danışa bilmərəm. Uzağı, təkəm-seyrək hallarda qızılqüldən mürəbbə bişirər, ya da ondan gül suyu çəkərdilər... Düzü, mənə qəribə gəlirdi: durub Göyçaya bazara gedəsən, kəndə qızılgül alıb aparasan. Gözlərindən mehribanlıq yağan bu oğlanın yaşlı həmkəndlilərindən biri, sanki, fikrimi oxudu.
- A bala, qızılgülü neynirsən?
- Anamın ad günüdür, ona aparıram.
O vaxtlar biz tərəflərdə "ad günü" anlayışı yox idi. Hər halda, mənim üçün mövcud deyildi . Mən, ilk dəfə idi ki, belə söz eşidirdim. Hacıhətəmlindən olan bu oğlanın cinqiltili səslə və bir az da fəxrlə dediyi sözlərdən sonar, hamı diqqətlə onun üzünə baxdı. Sanki, maşındakılar onu təzəcə görürdülər. Həmkəndlisinin səsindəki rişxəndi oğlan göydə tutmuşdu. Elə onun şax cavabı, səsindəki ötkəmlik də, yəqin ki, daha çox bu məqamla bağlı idi. Həmin anda ağ rəngli, azca qırmızıya çalan qızılgül dəstəsini əlində bərk-bərk sıxan bu ağbəniz oğlana ürəyimdə bir hörmət hissi baş qaldırdı. Fikirləşəndə ki, bu oğlan bizim kənddə maşından düşəcək, günortanın bu bürküsündə hələ üzüyuxarı - öz kəndlərinə qədər iki kilometrlik yolu piyada gedəcək və evlərinə kimi bu qızılgül dəstəsini eləcə əlində əzilməsin deyə, ehtiyatla tutub aparacaq... o, gözümdə daha da ucaldı. Hətta, ürəyimdə onunla dost olmaq arzusu da baş qaldırdı.
Bazarın bahalığından, yolun narahatlığından, uşaqlarının dəymə-düşərliyindən... gileylənən kənd əhlinin səsi birdən kəsildi, daha doğrusu, hamı oğlanın cavabından elə bil alındı. Eşidilən təkcə maşının tüstülü uğultusu idi. Hamını oğlanın kimliyi maraqlandırırdı. Birdən, Hacıhətəmlidən olan yaşlı adamın səsi uğultuya qarışdı: - "Buxaltır Hümbət kişinin oğludur"...
Ancaq bizim kəndin adamları, daha çox da qadınları, bu kasad məlumatla kifayətlənmək istəmirdilər. Qadınların üstünə yağdırdıqları "Adın nədir?", “A bala, anavın adı nədir?", "Neçəncidə oxuyursan?" - kimi suallara da bu çəlimsiz oğlan çox həvəssiz, necə deyərlər, ətini yeyə-yeyə cavab verirdi. Cavablarından bildim ki, 6-cı sinifdə oxuyan bu oğlanın adı Aydın, ad gününə qızılgül apardığı anasının adı isə Züleyxadır... Bununla da Aydın adlı bu oğlan müzakirə mövzusuna çevrildi. Yaxınlıqdakı qadınlardan kimsə pıçıltı ilə "bəxtəvər elə ananın başına",- söylədi. Bu qadının səsindəki qibtə hissini maşındakıların hamısının gözündə görmək olardı...
Doğrudan da, illər keçəcək, Aydın böyüyəcək, universitet bitirəcək. Minskdə dissertasiya müdafiə edib, alimlik dərəcəsi alacaq, kitabları çap olunacaq, ziyalılar aləmində böyük nüfuz qazanacaq. Aydın məşhurlaşacaq. Aydın Səlimzadə "Elm" qəzetinin baş redaktoru olacaq. Ötən əsrin 80-ci illərinin sonunda rəsmi Moskvanın yönləndirdiyi mərkəzi KİV-lərdə erməni daşnaklarının istəklərinə uyğun olaraq, xalqımıza qarşı aparılan düşmənçilik siyasətinə Aydının rəhbərlik etdiyi "Elm" qəzetində cavab veriləcək. Bu qəzet, hamının ürəyindən tikan çıxardacaq. Qəzetin və Aydının adı dillər əzbəri olacaq. Vətən, yurd sevgisi, millət təəssübkeşliyi ilə nəfəs alan Aydın, o günlər yorulmaq bilməyəcək. Ata-anası, müəllimləri, dostları Aydınla fəxr edəcək...
Bütün bunlar sonra olacaqdı...
Qarşıda onu qaynar bir ömür.., vaxtsız və namərd bir ölüm gözləyirdi...
İndisə... İndisə bu oğlanın fikri əlində bərk-bərk tutduğu qızılgül dəstəsini kəndə - anasına götürüb-çatdırmaq idi.

(07.11.2009-cu il, “525-ci qəzet”)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO