Ruhuyla danışan İNSAN... - (Gənclər gününün yazısı)

22:32 11.02.2023 1 219
Yaxud, əzablardan doğan sevinc








Xeyrulla AĞAYEV










Gənclər günüdür... Təbrik edirəm - həm yaşca, həm qəlbən, həm də ruhən gəncliyini yaşayanları!.. Gənclik eşqiniz heç vaxt sönməsin!..

Həyatda ən çox sevdiyim gənci - 28 yaşlı BƏXTİYARIMI, Qəlbimin həmdəmi BƏXTİŞİ təbrik edirəm bu əziz gündə!.. O da yaşayır öz gəncliyini - hamıdan fərqli... Necə ki, körpəliyini də, uşaqlığını da yaşayıb hamıdan fərqli, sakitcə, öz içində, dinməz-söyləməz, danışmadan... Çünki hələ 2 yaşında “professor-həkim” adlı pul düşgünü - cəllad, insafsızlığı və naşılığıyla məhrum etdi Bəxtişi danışmaq qabiliyyətindən... Cərrahi əməliyyat zamanı sinirlərinə toxunaraq, həm dilindən, həm zehni inkişafdan məhrum etdi və hamının istedadlı olacağını dedikləri, hələ təzəcə dil açıb danışan körpəni susmağa məhkum etdi.... Anadangəlmə dodaq şikəstliyini aradan götürmək əvəzinə dil və beynini də şikəst elədi “həkim”.., qaş düzəldən yerdə, vurub dağıtdı dilini-beynini də??!..

Çox bəlalar çəkdi başı bu başıbəlalı Bəxtişimin... 6 yaşı oldu, tay-tuşları məktəbə getdi - o isə həsədlə onların arxasınca baxdı... Bəli, o, məktəbə gedə bilməzdi, axı danışa bilmir... 17-18 yaşlarında həmyaşıdları ali məktəblərə, ya orduya getdilər - kimi təhsil dalınca, kimi xidmətə... Bəxtiş isə hamısından məhrum idi... Yenə gözləri yol çəkirdi...

Ruhuyla danışan İNSAN... - (Gənclər gününün yazısı)

Dil - ünsiyyət vasitəsi kimi yalnız insana xas olub, onu bütün canlı və cansız aləmdən fərqləndirib, dünyanın əşrəfinə döndərib. Ancaq insan təkcə dillə danışa bilirmi, insanı ətrafındakılar yalnız dil vasitəsiylə anlaya bilirmi??!... Əsla yox!.. Bəxtişim danışır - hər gün danışır, hər şeyi danışır, çünki hər şeyi çox gözəl anlayır, duyur, lap o dil qatili “professor”dan da yaxşı danışır Bəxtişim... İnsan dilində danışır, qəlb dilində danışır, Ruhuyla danışır hamıyla və öz fiklərini bir çox dillilərdən və pul diliylə danışan o “həkim”dən də yaxşı anlada bilir hamıya... Çünki ürəklə danışır, səmimi danışır, yalan nə olduğunu bilmir... Saxtakarlıqdan anlayışı yox, pislik bacarmır, riyakarlığı yox. Çox şeyi baxışlarıyla deyir. Onun yolunda hədsiz əzablara qatlaşan Anası ağrınanda Bəxtişin gözlərindəki hissləri, duyğuları ifadə etməyi ən mahir şair, ya psixoloqlar belə bacarmaz... Mənimlə Ruhuyla bağlıdı Bəxtişim. Evə gəlişimi qabaqcadan hiss edir, əl çalıb-oynayır hər evə qayıdışıma. Hər səhər mən evdən çıxanda xeyir-dualarını baxışlarıyla çatdırır mənə... Ürəyim ağrıyanda, o, rahatlıq tapa bilmir, həssas qəlbiylə mənə məlhəm olur, ağrılarımı yox edir. Başım ağrıyanda əlini qoymağı kifayərtdir ki, sakitləşsin minlərlə kitabı içində daşıyan başım...

Bəxtişim - bəxt ulduzumdur, taleyimdə nail olduğum bütün uğurlara görə daha çox ona minnətdaram, onun xeyirxah Ruhuna!.. Və ən böyük uğurlarımı, məhz, o dünyaya gələndən sonra qazanmışam... ( Yeri gəlmişkən, xatırladım ki, onun dünyaya gəlişi də əlamətdar gündə oldu, 1995-ci il iyunun 24-də biz İsmayıllı mədəniyyət evində gözəl ziyalımız, tarixçi-alimimiz, yazıçı-publisist Aydın Səlimzadənin xatirə gecəsini keçirən gün. Və ona ən böyük Aydınımız - BƏXTİYAR Vahabzadənin adını qoyduq). O, talismanım olub, dağdağanım olub, İlham pərim olub... Mənim gözümdə, o, dünyanın ən Məsum, ən saf, ən həssas, ən intellektli, ən zirəng, ən mərhəmətli İnsanıdır... Çünki, o, hamıyla RUH dilində danışır, çoxlarının öz saxta və dayaz düşüncələrini, iyrənc niyyətlərini, məkrli planlarını gerçəkləşdirmək üçün sui-istifadə etdyi “insan dili"ndə yox...

Bayramın mübarək Bəxtişim - ey RUH tərcümanım, qəlb Şairim, yazıçım, təbibim, loğmanım, fəxrim, məni bu dünyaya ən bərk bağlayn sehirli Varlığım - BƏXTİŞİM mənim!..


Bəxtiyarımı bəxtiyarlıqdan məhrum edən "professor" elə indi də ATU-nun Cərrahiyyə korpusunda çalışır - ucaboy, enlikürək, qıpqırmızı sifət... Dəfələrlə onunla üz-üzə gəlmişəm. Heç vaxt, bir kəlmə də olsun, ağır söz deməmişəm, ona nifrətimi də biruzə verməməyə çalışmışam. Onun üz-gözündə vicdan əzablarının izlərini axtarmışam hər rastlaşan zaman... Çox təəssüf ki, qıpqırmızı sifət və yoğun boynu tamamilə başqa şeylər deyir!.. Hər dəfə onunla üz-üzə gələndə, nədənsə Z.Freydi xatırlayıram - "Əzab - vicdan mənşəlidir" ifadəsiylə. Vicdan olmasa, yaşamağa nə var ki?!. Bütün əzablarımızın ANAsı elə VİCDAN imiş... Nə deyim?!. Niyə deyim?!. Kimə deyim?!.

Bu məqamda bir faktı xatırlamamaq ədalətsizlik olardı. 5 il öncə Bəxtişi yenidən əməliyyat etməli olduq. Əksər xəstəxanaları gəzib-dolaşsam da, çox həkimlərlə danışsam da, heç kim razılaşmadı. Çünki ağır psixi gərginliklər yaşayan Bəxtişdə güclü aqressiya var. Onu nə hər hansı aparata salmaq mümkündür, nə də iynə vurmaq. Çox böyükdür fiziki gücü - mənəvi gücüylə barəbər. Dəfələrlə vurulmuş narkozun təsirindən xarab olan dişlərinə baxmaq belə mümkün deyil. Neçə illərdir ona əzab verən dişlərini çıxartdırmaq üçün münasib həkim və klinika axtarırdım. Əksər xəstəxanalarda oldum, çox həkimlərlə geniş söhbət etdim, yollar aradım, onu heç olmasa bu diş ağrılarından xilas etmək üçün. Həkimlər razılaşmırdılar, riskə getmək istəmirdilər, axı çox ağır və riskli əməliyyat idi. Narkozun təsirindən onda hər cür ağırlaşma baş verə bilərdi... Nəhayət, mənə dedilər ki, “Semaşko” xəstəxanasında Türkiyə təcrübəli yaxşı həkim var, bəlkə o razılaşar... Getdim. Gənc həkim məni nəzakətlə qəbul etdi, ikilikdə oturub, xeyli söhbət etdik, Bəxtişin xəstəliyinin və "əlillik taleyinin" tarixçəsini danışdım... Birdən həkim dik atıldı və yaxınlaşıb, əllərimdən tutdu, doluxsunub, dedi: "Oğlunuzu şikəst edən professor mənim elmi rəhbərimdir. Uşağınızı mən əməliyyat edəcəm, çalışacam öz rəhbərimin günahlarının az qismini də olsa, yuyum"...

Çox təzadlı bir vəziyyət yarandı. Gənc həkimin gözlərində elmi rəhbərinə görə dərin əzabları duydum aydınca... Razılaşdıq. Həkim öz dəstəsilə bir neçə gündən sonra çətin əməliyyatı həyata keçirdi. 8 nəfər həkim heyəti yığıldı, Bəxtişi tutub, narkoz iynəsini vura bilmədilər, gücləri çatmadı onu saxlamağa. Məcbur qalıb cərrahiyyə əməliyyatı otağına apardılar. Əməliyyat stoluna bərk bağladılar və beləcə iynə vura bildilər... Bəxtişin çox dəhşətli qışqırığını, imdad üçün mənə zillənmiş gözlərini, yalvarışlı baxışlarını görmək, duymaq ruhumu sarsıdırdı... bu mənzərənin dəhşətlərini təsvir etmək gücündə deyiləm... Gördüm, bu mənzərədən başım gicəllənir. Qulaqlarımı tutub, həyətə qaçdım... bu mənzərəyə ürəyim tab gətirməzdi... Dəli kimi həyətdə dolaşırdım - Övlad dərdi nə ağır olurmuş, İLAHİ!?.


Əməliiyat başa çatıb - mənə zəng edib dedilər. Buna nə qədər çox sevinsəm də, özümü Bəxtişin yanında günahkar bildiyimdən onun yatdığı palataya getməyə, onun qınayıcı sərt baxışlarıyla üzləşməyə özümdə güc tapa bilmirdim. Özümü toplayıb, cumdum palataya. Hələ narkozdan ayılmamışdı Bəxtişim... Həkim çətinliklə çıxardığı 9 dişi səliqə ilə kağıza büküb tutmuşdu - mənə verdi. 3 dişin kökləri hətta çənə sümüyünü deşib keçibmiş... Ağrı və əzablarının bir səbəbi də elə bu dişlər imiş... Vüqar həkim çox peşəkarlıqla və qayğıkeşliklə həyata keçirdi bu çətin əməliyyatı. Həkimin ruhu da şəfalı olmalıdır. Vüqar həkim kimi... Fəxr etdim ki, belə şəfalı həkimlərimiz var. Əməliyyat etdi - tam təmənnasız olaraq. Hətta, tibb bacıları belə, ən xırda “hörmətə” yaxın durmadılar, bir gəpik pul almağa razılaşmadılar, əksinə, özləri bizə minnətdarlıq etdilər övlada belə qayğıya görə, həm də "həkim tapşırıb" dedilər.

17 iyulda Səhiyyə işçiləri günündə Vügar həkimə zəng edib, bayramını təbrik etdim. Əsl Hippokrat andını içmiş TƏBİB kimi, hədsiz sevinc içində dedi: "Müəllim, sizin bu təbrikinizi taleyimin ən böyük mükafatı kimi gəbul edirəm və heç vaxt bu təbriki unutmayacam"...
Həkimlə dostlaşdım və səmimi dostluğumuz davam edir bu gün də...

Bəli, TANRIya minnətadaram yaxşı insanları rastıma çıxardığına görə!.. Yaxşılar xilas edib, yaşadacaq bu təzadlı dünyamızı!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:40

“Hürriyyət”in kollektivi Prezidentə müraciət edib

18:23

Pullu hərbi xidmət modeli cəmiyyətdə narazılıq yarada bilər

15:59

Əli Kərimlinin evində axtarış aparılıb

12:04

Bu şəxslərə də hərbi xidmətə çağırışdan möhlət hüququ verilir

11:56

Putinin güzəştə gedəcəyi gözlənilmir

11:46

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - VİDEO

21:42

Ən həssas hissələr Tramp və Zelenski arasında müzakirə ediləcək

19:15

Türklər əvvəlcə Şərqə, sonra yenidən Qərbə köçlər edib... - Tarixin izləri

18:29

Prezident ərzaq təminatı və iqtisadi zona yaradılması ilə bağlı fərmanlar imzalayıb

16:11

Kürdəmirdə daha bir canavar hücumu - Bu dəfə 13... - (FOTO)

13:11

Suyu azalan Xəzər dənizi 2-yə bölünə bilər - AÇIQLAMA

12:51

“Napoli” – “Qarabağ” oyununun təxirə salınma ehtimalı var?..

19:55

Manisada Azərbaycan və Türkiyə Mədəniyyəti Gecəsi keçirilib

19:36

Hikmət Hacıyev Ermənistan nümayəndələrini qəbul edib

18:32

Göyçaydakı şəhid məzarının fotosuna Türkiyə səfiri dərhal reaksiya verdi - FOTO

09:09

Zelenski razılaşmasa, Tramp köməyi dayandıracaq

09:10

İsmayıllı – Şirvanın dilbər guşəsindən yaradıcılıq zirvəsinə

16:16

Dost-qardaşın yanında olmasan, Türkiyəni böyüdə bilməzsən!..

11:52

Zəngəzur dəhlizinin statusu hansı formatda olacaq? - AÇIQLAMA

10:36

Rusiya dinc durmur - Türkiyə gəmisi, Polşada dəmir yolu...

12:12

C-130 təyyarəsi niyə 3 yerə bölünüb? - YENİ DETALLAR

12:05

Saka Dövləti - Türkün danılmaz izləri

11:40

42 nəfər hacc yolunda öldü

11:25

MN xəbərdarlıq etdi: Təşvişə düşməyin!

12:52

Paşinyan Əliyevlə "Tramp yolu"nu müzakirə edib

12:40

Yararsız gənci əsgərliyə göndərdilər – Həkimlər cəzalandı

18:53

“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti

19:57

Ərdoğandan 18 Oktyabr təbriki

10:34

Pezeşkianın velosiped sürüşü gündəm oldu - FOTOLAR

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO