Şəkər tozunun bahalaşacağı gözlənilir

13:50 21.06.2023 1 590
Şəkər tozunun bahalaşacağı gözlənilir

Məlum olduğu kimi, son günlər Azərbaycanda şəkər tozu qıtlığı yaşanır. Belə ki, paytaxtla yanaşı, regionlarda fəaliyyət göstərən əksər marketlərdə şəkər tozunun olmadığı bildirilir.

Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, demək olar, hər il yay mövsümündə ölkədə şəkər tozu qıtlığı yaşanır:

“Hər il yay aylarında sənaye üsulu ilə, həm də bəzi yerli təsərrüfatlarda, hətta evlərdə kompot bağlamaq, mürəbbə hazırlamaq prosesi gedir. Ona görə də şəkər tozu əhali tərəfindən kütləvi şəkildə alınır. Ola bilsin ki,​ mövsümlə əlaqədar əvvəlcədən lazımi qədər tədarük olunmayıb. Yaxın günlərdə şəkər tozunun alışa uyğun olaraq tədarükü təmin ediləcək. Amma çox güman ki, qiymətlər bir qədər artacaq”.


A.Nəsirli vurğulayıb ki, Azərbaycanda sahibkar qiymətləri yalnız dövriyyə ilə tənzimləyir. Dövriyyə azalanda qiymətlər sabitləşir. Dövriyyə çoxaldıqda isə qiymətlər artırılır:

"Bu, inhisarçı bazarın xüsusiyyətlərindəndir. Biz önümüzdəki günlərdə şəkər tozunun bollaşmasının və qiymətlərin artımının şahidi olacağıq. Tələb artıb, təklif sabit qalanda qiymət artır. Bizdə şəkər tozunun qiyməti 1 manat 80 qəpikdir. Yəqin ki, qiymət 1 manat 90 qəpiyə, 2 manata yüksələcək".

İqtisadçı ekspert Eyyub Kərimli də şəkər tozu qıtlığını mövsümlə əlaqələndirib:

“Meyvənin bol vaxtı olduğunu nəzərə alsaq, bu kimi məhsulların hazırlanıb, qışda satış üçün saxlanması da çox rast gəlinən məqamdır. Görünür, tələbat çox olduğundan marketlər şəkər tozunu müvafiq çəkilərə bölüb, qablaşdırmağı çatdıra bilmirlər və vitrində bu məhsullar yoxdur”.


Ekspertin sözlərinə görə, statistik göstəricilərə əsasən, bu ilin ilk üç ayında 10 min tondan çox şəkər tozu ixrac edilib və bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə təxminən 50 faiz çoxdur. Şəkər istehsalı daxili tələbatı ödəyir:

“Bu baxımdan hesab edirəm ki, şəkər tozunun qıtlığından söhbət gedə bilməz. Sadəcə kiçik çəkilərlə bağlı çatışmazlıqlar ola bilər. Bu, müvəqqəti haldır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}