Mobil telefonların qiyməti sürətlə bahalaşacaq

20:55 16.02.2023 1 433
Mobil telefonların qiyməti sürətlə bahalaşacaq

Normalda hansısa məhsulun yerli istehsalı yoxdursa, onda ona yüksək gömrük rüsumu tətbiq etmək doğru deyil...

"Bu qərar birbaşa qiymətlərin bazarda artmasına hesablanıb”.

Bunu dünəndən etibarən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumunun tətbiqini şərh edən iqtisadçı Akif Nəsirli deyib.

"Bizim.media"-ya açıqlamasında o bildirib ki, istənilən məhsul hansı vəziyyətdəsə əlavə vergi və rüsumlara cəlb edilirsə, bu, son nəticədə maya dəyərində öz təsirini göstərir:

"Maya dəyəri artırsa, təbii ki, bazardakı qiymətlər də artacaq. Əgər telefon gətirən gömrüyə 36 faiz əlavə rüsum ödəyəcəksə, deməli, bazarda həmin telefonlar da ən azı 30 faiz bahalaşacaq. Telefonların qiymətinin artmasını isə çox gözləməli olmayacağıq.

Ən yaxın günlərdə telefonlar xeyli bahalaşacaq. Çünki bizim bazarda rəqabət mühiti yoxdur. Daha çox inhisarçılıq var. Rəqabət olmadığı üçün də sahibkar daha rahat və tez manevr edə bilir”.


İqtisadçı onu da bildirib ki, normalda hansısa məhsulun yerli istehsalı yoxdursa, onda ona yüksək gömrük rüsumu tətbiq etmək doğru deyil:

"Üstəlik, insanların fərdi istifadəsi üçün gətirilən məhsullara gömrük rüsumunun tətbiqinə dünyada çox nadir hallarda rast gəlinir. DGK fərdi şəxslərin istifadəsi üçün gətirdiyi məhsullara gömrük rüsumu tətbiq etməklə daha çox vəsait toplamaq istəyir. Amma DGK rüsum toplayan təşkilat yox, daxili bazarı qoruyan və idxal-ixrac əməliyyatlarını tənzimləyən bir qurumdur”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}