"Ankara PKK terror təşkilatına qarşı qəti addımlar atana qədər Stokholmun NATO-ya daxil olmasını dəstəkləməyəcək"
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir deyib ki, Ankara İsveçdən terror təşkilatlarına qarşı mübarizə üzrə onunla imzalanmış memorandumu yerinə yetirməsini gözləyir ki, bu da Türkiyə tərəfinin NATO-ya daxil olmaq ərizəsini təsdiqləməsi üçün şərtdir.
"PKK İsveçin NATO üzvlüyünə mina qoyur. Əgər İsveç hökuməti bu cür hərəkətlərə lazımi reaksiya verməsə, NATO-ya üzvlük məsələsində İsveçin gözlədiyi cavabı verməyəcəyik. O qədər açıq və aydındır. İsveç öz seçimini etməlidir." - deyə, Çavuşoğlu vurğulayıb.
BECAN.AZ