Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Xəbər verilir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin hər biri 11 il 6 ay olmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Məhkəmə qərarına əsasən, erməni diversantlar cəza müddətini çəkib qurtardıqdan sonra Azərbaycanı tərk edə biləcəklər.
Becan.az