"Elçinlə eyni ittihamla tutulmuşduq, o niyə azadlıqdadır?" - Əvəz Zeynallı

22:07 27.03.2023 2 078
"Elçinlə eyni ittihamla tutulmuşduq, o niyə azadlıqdadır?" - Əvəz Zeynallı

Xəbər verdiyimiz kimi, “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi üzrə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin böyük prokuroru Eldar Həmzə müdafiə edir.
Prosesdə həm Əvəz Zeynallının, həm də Elnur Şükürovun vəkilləri bir sıra vəsatətlərlə çıxış ediblər.

Vəkillər təqsirləndirilən şəxslərlə bağlı cinayət təqibinə xitam verilməsini, əks halda isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyiblər. Müdafiə tərəfinin digər vəsatətləri isə təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi və iclasın tutumu daha böyük olan zalda keçirilməsi ilə bağlı olub.

Təqsirləndirilən Elnur Şükürovun hüquqlarını müdafiə edən Ramil Əliyev bildirib ki, bir ay əvvələ qədər Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olmuş, bir müddət əvvəl isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi təyin edilmiş Mehman Hümbətov Elnur Şükürovdan Əvəz Zeynallının əleyhinə ifadə verməsini istəyib.

Həm Elnur Şükürovun, həm Əvəz Zeynallının vəkilləri vəsatət qaldıraraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümbətov barəsində xüsusi qərar çıxarılmasını istəyiblər.

Əvəz Zeynallı sözügedən vəsatətə münasibət bildirərək onunla birlikdə tutulmuş, hazırda ev dustaqlığında olan vəkil Elçin Sadıqovdan danışıb:

“Məni Elçin Sadıqovla birlikdə tutublar, eyni maddələrlə ittiham olunuruq. Bəs indi hardadır Elçin? Niyə tutulmuşdu? Elçin vəkilim olub, mən 15 il onunla fəxr eləmişəm, axırı gəldi belə oldu. Elçin ifadəsində deyib ki, mən danışmaması və yazmaması üçün Rasim Məmmədovun arvadından pul alıb Əvəzə vermişəm. Baş prokurorun müavini Elçin Məmmədov Elçin Sadıqova dedi ki, Əvəzin əleyhinə ifadə ver get, o deyiləni edib getdi. Sonra da onu aradan çıxardılar”.

Prokuror bu məsələyə qısa münasibət bildirərək, Elçin Sadıqovla bağlı cinayət işinin ayrıldığını, hazırda istintaqın davam etdiyini bildirib.

Əvəz Zeynallının Baş Prokurorluğun fəaliyyəti barəsində tənqidi fikirlərini davam etdirməsi prokuror Eldar Həmzənin yenidən reaksiya verməsinə səbəb olub. Prokuror Əvəz Zeynallıya müraciət edərək təmsil etdiyi qurumu təhqir etməkdən çəkinməyə çağırıb.

Prosesin gedişində o da məlum olub ki, ittiham olunan Elnur Şükürovla bağlı cinayət işində Bakının Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.

Prokuror qaldırılan bütün vəsatətlərin rədd edilməsini, təqsirləndirilən şəxslərin həbsinin davamına qərar verilməklə cinayət işinin baxışa təyin olunmasını istəyib.

Məhkəmənin qərarı ilə prosesin geniş zalda keçirilməsi ilə bağlı vəsatət təmin edilib. Təqsirləndirilən şəxslərlə bağlı cinayət təqibinə xitam verilməsi və həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət isə rədd olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümbətovla bağlı xüsusi qərar qəbul olunması ilə bağlı vəsatət bu mərhələdə baxılmamış saxlanılıb.

İş üzrə baxış iclası aprelin 10-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək, pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}