Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini, ölkənin son baş naziri Binəli Yıldırımın infarkt keçirdiyi yönündə xəbərlər yayılıb.Yenicag.az xəbər verir ki, Türkiyə mediasında Yıldırımın infarkt keçirdiyi, hətta öldüyü ilə bağlı məlumatlar yayılıb.
Bu yöndə bağlı müzakirələr davam edərkən ölkənin səhiyyə naziri Fəxrəddin Qoca Binəli Yıldırımın səhhəti ilə bağlı məlumat paylaşıb.
Fəxrəddin Qoca Binəli Yıldırımın səhhəti ilə bağlı önəmli problemin olmadığını bildirib.
Lakin nazirin paylaşımındakı qeyri-müəyyənlik də diqqətdən qaçmayıb.