Bu gün İran hakimiyyəti Zahidan şəhərində hökumət əleyhinə etirazların qarşısını almaq üçün interneti kəsib.Bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.
Dünyada kibertəhlükəsizliyə və internetin idarə olunmasına nəzarət edən “NetBlocks” təşkilatı Zahidanda internet bağlantısının əhəmiyyətli dərəcədə sıradan çıxdığını göstərən diaqram paylaşıb.
Qeyd edək ki, hər həftə cümə namazından sonra hökumət əleyhinə etirazların qarşısını almaq üçün regionda internetin kəsilməsi adət halını alıb.