Sistan və Bəlucistanın Zahidan şəhərində etirazlar yenidən alovlanıb.
Molla rejiminin ədalətsiz hakimiyyəti ilə barışmayan bəluc xalqı ənənəvi olaraq cümə etirazlarına start verib.
Bu gün keçirilən etiraz cümə namazından sonra Zahidanda ard-arda keçirilən 22-ci aksiyadır. Bugünkü etirazlardan əvvəl Məkki məscidinin imamı Moləvi Əbdülhəmid xütbəsində İran hökumətini məktəbliləri zəhərləməkdə ittiham edib.
Aksiya zamanı etirazçılar zorakılıqla həbs edilib, hərbçilər Məkki məscidini mühasirəyə alıblar.
Xəbərə görə, Zahidan şəhərində etnik bəluc etirazçılarının qarşısını almaq üçün molla rejimi repressiv qüvvələrini şəhərə cəmləşdirib.
Becan.az