Robinzon səltənətinin sakinləri

20:53 13.01.2023 1 586







Oktay ŞAMİL









(III hissə)
… Taledən əyninə olduqca da zərif kürk biçilmişdi. Kürkün üstünə nəzarətçi gözlərsə şölə saçırdı. Elə bil qara - kirli Tyubanı bu doğmamışdı, Belkanın nənəsi bu deyildi. Başındakı ağıl, dərrakə öz yerində, gözəllikdə də buna bənzəri tapılmazdı. İlahi qüdrətdən yaranmışdı elə bil. Bu gözəlliyə təkcə alnının ortasındakı abbası boyda yer xələl gətirirdi. Onun da döyüşkənlik nişanəsi olduğu hamıya əyan idi. Bilirdilər dava-dalaşlardan yadigardı. Odur ki, öz halalca ordeni kimi asılmışdı alnının tən ortasından.
İtlər vaxtı dəqiq bilirdi. "Ölçü-biçi"ləri, deyəsən, lap Qrinviç vaxtıylaydı. Tanyagilin gəlişini kirpik qırpmadan dayanıb, alaqapıya tamaşa etməkləriylə bildirirdilər. Tanyagil gerçəkdən bir neçə dəqiqənin fərqilə alaqapıda görünürdü. Mən, itlərin bu fəhminə heyrətimi gizlədə bilmirdim.
Bu da Tuzikgil! Axır ki, Boba ilə bu səhnədə göründülər. İtlər həm də ciddi sevdalar qoynundaydı. Tuzik bir an belə Bobanı gözdən qoymurdu. Ac olmasına baxmayaraq, canı-dildən seksə hazırlıq görürdü. Boba bu işin yarıtmaz uzanacağını və ümumiyyətlə, bir şey alınmayacağını fövqəltəbii duyduğuna görə, keçib qarşı tərəfdəki qumsallıqda uzandı. Tuzik də eyni ssenari ilə bir qədər aralıda uzanaraq, gözlərini Bobaya zillədi. O, əldən düşmüş cavan şəxsiyyətini sındırmadan, aramla nəfəs dərib, ləhliyirdi.

Boba nə etsəydi, cəld hərəkətlə o da eyni hərəkətləri təqlid və təsdiq edirdi. Aşığın yanında balabançıydı sanki, dediklərini əlüstü möhürləyirdi. Ya da bombardir futbolçu Bobanın zərbələrini meymun çevikliyi ilə dəf edirdi. Mən, bu boyda arvadbazı ömrümdə birinci dəfə görürdüm.
Eşq yolunda ölümünə belə hazır dayanmış bu gənc, seksdən doya bilmirdi. Sən bundakı enerjiyə bax. "Dişini dəyişməkçün" arada qaçıb başqaları ilə də eşq macəraları yaşayırdı. Yəqin, Tuzik, Boba və yer üzünün bütün itləri dünyanın ən ali həzzinin seks olduğunu yaxşı bilirdi. Orqazm! Orqazm! Və yenə orqazm! Bu ləzzətin birini belə qaçırmırdılar. Seksdən sonra isə böyük fədakarlıqla təmizlik işlərinə girişirdilər. Tuzik bu işdə də centlmenlik göstərib, Bobaya yardımçı dayanırdı.
İt işidi, bəzən Tuzikgil Şakalgilə hücum çəkirdi. Hərdən də əksinə olurdu. O tərəf - bu tərəfi hədəf seçirdi və beləcə, it gününü öz maraqları dairəsində başa vururdular.
İtlərin canlı klassiki Şakal, günlərin bir günü Tuziklə üz-üzə gəlməli oldu, hətta, kəllə-kəlləyə dayandı! Heç bir çıxış yolu qoymayan bu pəzəvəngin qocalıqdan, görünür, xəbəri yoxmuş. Beynində-başında yenə əzəlki havaydı. Heç kəslə hesablaşmadan, baş-başa gəlib, kəllə-kəlləyə dayanmaq, bilirsiz nə deməkdi? Artıq, bu "ölüm-dirim" işidi.
Robinzon səltənətinin sakinləri

Şakal yekəpər və ağıllıdı. Ağlısa deyir, sən güclüsən, yenilməzsən! Heç kəsi sayma! (Guya Tuzikin klıkı-zadı yoxmuş). Odur ki, heç nəyə məhəl qoymadan, dolanırdı bu çimərliyi. "Ağanəzərəm, belə gəzərəm!". Təlim görmüş davranışlarısa onun alinəsəbliyindən xəbər verirdi. Hər halda, gözə belə görünürdü.
Şakal sərhəd zolağını (bəlkə həddi?) çoxdan aşıb keçmişdi. Pələnglə Cekin haraya yetəcəyi məsafə uzaqlarda qalırdı. Bura elə yerdi, elə məqamdı, fəhmlə ağıl artıq burda işləmir. Gücün heç bir əhəmiyyəti yoxdu, qüvvə gərəksizdi. Şakal qadağa zonası ilə irəliləyərək, Romanın lövbər saldığı qalaqlanmış daşları da arxada buraxdı. Maneəsiz gəlib, Tuzikin düz iki addımlığında dayandı. Bu isə İsrailin Fələstinə təhdidi kimi görünən bir təhdid idi.
Tuzikgili belə bir fürsəti, deyəsən, çoxdan gözləyirmiş. Qaçırmadılar da! Tyuba, Boba, Belka hərəsi bir yandan Şakalı aldı, Tuziksə arxa tərəfdən düz belinin tirinə mindi. O ki var, didib-didişdirdilər, boğub-boğuşdurdular. Adamlar demişkən, əzişdirdilər! Şakal çarəsizlik içərisində, heykəl kimi dayandı. Tam süquta uğradığını bildirərək, təslimçilik bayrağı qaldırdı. O gündən də oynadığı bu oyunları uduzmuş hesab edildi. Tuziksə Bobaya qarşı ən kiçik iddialarından belə əl çəkməli oldu.
"Şakal indi qocalıb" - dedi Tanya, "Tuziklə konkurent deyil. Cavan ser qoca senyorun gözü qabağında istənilən oyunlardan çıxır".
Bütün bu olayları Tanya ürək ağrısı ilə danışırdı. Keçirdiyi sarsıntılara, aldığı stresə, yəqin bir stress də əlavə olunmuşdu.
Mən, göz tutduqca dənizi seyr edirdim. Uzaqlarda, suların tən ortasında qara bir obyektin qəflətən yox olduğunu sezdim. Yadıma ogünkü suiti əhvalatı düşdü. Oraları bir xeyli izlədim. Hannan-hana, qara obyekt üzə çıxdı. Gördüm qaşqaldaq! Bu vurhavurda o da öz işindəymiş.
Zaman və Məkan elə həddə dolmuşdu, elə hala gəlib düşmüşdü burda, bu bir parça yerdə adamlar adamları, itlər itləri görmək istəmirdi. Hamı təhdidlə danışırdı, təhdidlə hücuma keçirdi. Mariklə Romanın savaşı da elə bu qəbildən olmuşdu.
Əvvəlcə Romadan deyim. Bu adam görünüşcə "uçan hollandiyalı"dı. Başındakı həşiri isə onu Amerika işsizlərinə bənzədir. Ağackakandı! Amma doğrusunu söyləsək, daş qalağının üstündə əyləşib, "qozu" danışır, nə danışdığını bilmir. Sözlər ağzından çoyuyub çıxır. Amma ürəyi yuxadı. İşsiz qalmasına baxmayaraq, illər boyu bu itləri cibinin puluyla yedirib. "Fizik"di, amma onu "şizik" də adlandırmaq olar. Don Kixotdu! Gecə-gündüz yel dəyirmanı ilə vuruşur. Azərbaycanı və azərbaycanlıları sevmir. Hətta, bu adlara allergiyası var. Görünür, babasındanqalma və ya nənəsindəngəlmə əcnəbi qanı əngəl yaradır.
Bu isə Marikin tərcümeyi-halıdı. Dağ yəhudisidi. Yəhudi kimi çevikdi, ehtiyatındadı. Hamının xarakterini öyrənib-bilir, belədə heç kəslə də işi yoxdu. Amma lazım gələndə, sancmağı da bacarır. Tanya onların it üstündə əlləşmə səhnəsini təsvir edərkən, mən, itlərlə insanlar arasında paralellər aparıb, oxşar cəhətlərini tapmağa çalışırdım. Tanya dedi, görürsən, Tuzik də kişi cinsindəndi deyə, xəyanət edir. Tez-tez Pələngin yanına qaçır. Özününkü qalıb, özgəsinin dalınca yüyürür.

Gözümün qabağına o dəqiqə Tuziklə Tanyanın ogünkü oynaşması gəldi. Tuzik Tanyanın əlinin altında xumarlanır, xumarlandıqca da xuliqanlıq edib "xryuşa"sını çıxarmışdı. Qarşısındakının qadın cinsindən olduğunu dəqiq bilirdi.
Buraya, bu məkana hər yandan təcrid olunmuşlar, biçarə tənhalar, imkansızlar, miskinləşmiş insanlar gəlirdi. İmkanlılar odu ey, o pullu yerlərdə, çimərliklərdəydi...
Buranı "çimərlik" adlandırmaq da olmur. Çünki gözdən iraq, bu bir ovuc baxımsız torpağın sakinləri dərdini dənizə danışanlardı. İçərilərində yeganə normalı mənəm. Məni də yəqin, öz "qəbil"lərindən saymır, yad bilirdilər.
"Günlər eyni rəngdədi" - dedi Tanya. (Bu, "qürub"dan gələn səs deyil bə nədi?!). "Səhərin gözü açılmamış axşam olur. Ay beləcə qurtarır. Yayın necə gəlib-keçdiyini bu il də duya bilmədim".
İlıq güney küləyi bu dəfə qatı quzeyə çevrilib, sərtləşməyə başladı. Soyuqların düşəcəyi çox da uzaqda deyildi. Bayaqdan qayaların çəmbərini yalayıb aşan dalğaların səmti artıq dəyişilmişdi. Qağayılar təkəmseyrək, təsadüfdən-təsadüfə görünürdü. Günəşin istisi sozalmışdı. O üzdə, sahilin zəbt olunmuş torpaqlarında traktor və buldozerlər işləyirdi. Tozanaq göyə bülənd olurdu. Tanya bu dəfə Nataşanı gözləməyib, ayağa qalxdı, "səfər" hazırlığına başladı.
Uşaqların söylədiyinə inansaq, sırağagünkü tufanda "Gülyaz"la "Gülyanaq" bacıları (bu rəfiqələr boyca da həmin bacılara bənzəyirdi!) iki saat yarım o təlatümlərdə qalıblarmış.

İnsanlıq fəlsəfəsi ilə mülahizələr yürüdən "uzun aspirant" dostum Beytullah Bağırov o gün qızların havaya məhəl qoymadan, uzağa üzməsindən xeyli gileyləndi. Dedi, "onların geri dönəcəyinə heç kimin ümidi yox idi". Gör necədi, qardaşım Qəhrəman da gecə yarısı təlaşla mənə zəng vurmuşdu, Tanyagilin taleyini soruşurdu. Qadınların bu riski həm möcüzəydi, həm qəhrəmanlıq!".
Dostumun giley-güzarını Tanyaya çatdıran zaman, onun gülümsər çöhrəsində, mən, ayrı jestləri müşahidə etdim. Dedi, biz möhtəşəm dalğalardan ləzzət alırıq, dəniz nənnisində xoşallanırıq!
İtlər it yerindədi, doğrudu! İnsanlarsa dərd-qəmləri bölüşüb, öz qayğılarından danışmağı xoşlayırlar. Mənsə, axtardığım o tək sözün Azərbaycan türkcəsindəki anlamını tapmışdım.

Onu da deyim, "stress" insanlara xas xüsusiyyətdir. Bizi digər canlılardan fərqləndirən bəladı. Özünüzü streslərdən qoruyun, əfəndilər...

11.09.2007
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO