Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.İTV-dən verilən məlumata görə, toplantıda Yayım Şurasına yeni sədr seçkisi ilə bağlı məsələyə baxılıb. Qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər.
Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib. Yeni sədr öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirib.
Becan.az