“İttifaq dövləti haqqında danışmaq Rusiya əleyhinə təbliğata tam uyğun gəlir”.
Konkret.az xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində siyasi strateq Armen Badalyan deyib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etmək" barədəki bəyanatını şərh edib.
“Hətta rusiyalı ekspertlər belə İttifaq dövlətini dərk etmirlər, onun mahiyyətinə varmırlar.
Birlik dövlətində Ermənistan kimə lazımdır? Heç kimə. Və bütün bu söhbətlər tamamilə anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq cəhdlərinə uyğundur.
Çünki Ermənistanda müəyyən millətçi elektorat var. Bu yolla hakimiyyət onu neytrallaşdırmaq istəyir və göstərməyə çalışır ki, baxın; Qarabağ məsələsində kobud səhvə yol vermişik, amma ən azından, biz, müstəqilliyimizi bu qədər yaxşı müdafiə edirik”, – deyə Badalyan bildirib.
BECAN.AZ