"Ailəmizdə Şəhriyarın davamçısı yetişir" - MÜSAHİBƏ

18:56 15.01.2023 1 142
"Ailəmizdə Şəhriyarın davamçısı yetişir" - MÜSAHİBƏ

Azərbaycanın tanınmış şahmatçısı Türkan Məmmədyarova Fanat.Az-a müsahibə verib.

Qrossmeyster qarşıdakı ölkə çempionatı, son vaxtlar kölgəyə çəkilməsinin səbəbi və qardaşı Şəhriyar Məmmədyarov barədə sualları cavablandırıb.

- Türkan xanım, son vaxtlar sizi şahmat yarışlarında görmürük. Bu durğunluq nə ilə bağlıdır?
- Sonuncu dəfə milli komanda ilə 2021-ci ildə İspaniyanın Sitjes bölgəsində sürətli formatda keçirilən dünya çempionatında oynamışam. Doğru qeyd etdiniz ki, ötən il mənim üçün tam durğunluq oldu. Bu da ailə məsələləri ilə bağlı idi. Övladlarım böyüyür. Onlara daha çox diqqət ayırmalı oluram.

- Bu il dönüş etmək fikriniz var?
- Bəli. Bu illə bağlı qarşıma hədəflər qoymuşam.

- Bu mənada ilkin məqsəd ölkə çempionatında fərqlənmək olar. Siz artıq 11 ildir ki, ölkə çempionu ola bilmirsiniz.
- Sonuncu ölkə çempionatında reytinqdə məndən geri olan gənc şahmatçılara uduzdum. Azərbaycan çempionatında sürprizlər çox olur. Təəssüf ki, mən də vacib məqamlarda reytinqdə geridə olan şahmatçılara uduzub geri düşürəm.

Çoxları bilmir ki, mən ən gənc yaşda qadınlar arasında ölkə çempionatının qalibi olan şahmatçıyam. 2003-cü ildə heç 14 yaşım tamam olmamışdı. Ondan sonra da daha iki dəfə çempion olmuşam. Bəli, sonuncu nailiyyətimdən artıq 11 il keçib.

- Çempionatın qalibi olacaq şahmatçı il ərzində milli komandanın yer alacaq. Bir müddətdir millidən uzaq düşdüyünüzü nəzərə alsaq, bu baxımdan çempionatdakı qələbə ikiqat əhəmiyyət kəsb etməlidir...
- Öncədən rəsmi açıqlanmasa da, Azərbaycan çempionatında qalib olan şahmatçı adətən milli komandanın heyətinə düşür. Ancaq mən demək olar ki, hansısa sürpriz şahmatçının birinci olduğunu xatırlamıram. Sürpriz adətən ikinci, üçüncü yerlərlə bağlı olur. Çalışacağam, maksimum yaxşı nəticə göstərim.


- Oğlunuz Attila kiçik yaşlılar arasında Azərbaycan çempionu, yarışın gümüş medalçısı olub. Gələcəyini necə görürsünüz?
- Ona çox inanıram. Çünki özü çox həvəslidir. Hələ lap erkən yaşlarından şahmata çox meyillidir. Mənim istəyimlə məşğul olsaydı, gələcəyi barədə bu qədər ümidli olmazdım.

- Yoxsa ikinci Şəhriyar Məmmədyarov yetişir?
- Niyə də olmasın?! Ola bilər. Biz də ona ümidliyik elə. Attilanın oyun tərzi də Şəhriyara çox bənzəyir. Çox böyük şahmat fantaziyası var. Baxanda düşünürsən ki, sanki Şəhriyarın davamçısı yetişir

- Bu il Bakıda olduqca mötəbər turnir - Dünya Kuboku keçiriləcək. Hazırda həmin yarışla bağlı düşüncələriniz nədir?
- Qatılmağı çox istərdim. Mən indiyədək cəmi bir dəfə Dünya Kubokunda iştirak eləmişəm. O da çox pis zamana - pandemiya vaxtına düşdü. Yaxşı hazırlaşa bilmədim. Bakıda keçirildiyindən, yarış bu dəfə ikiqat həyəcanlı olacaq.

- Dünya Kubokunda baş mükafatının Bakıda qalması sizə görə nə dərəcədə realdır?
- Qadınlarda bir elə inanmıram, açığı. Kişilər bacarar. Şəhriyar və Teymur bunu bacaracaq gücdədirlər. Amma bu da var ki, Dünya Kuboku bir qədər fərqli, sürprizli yarışdır. Formatın da burada rolu çoxdur.

- Qardaşınız Şəhriyar Məmmədyarovdan gözləntiləriniz nədir? Onun hələ də dünya şahmat tacını Azərbaycana gətirmək gücündə olduğunu düşünürsünüz?
- Şəhriyarın yaşı imkan verir ki, hələ bir müddət də yüksək tempdə oynasın. Şəhriyar 2018-ci ildə böyük geridönüş etmişdi. Həmin il o, 2800 reytinq xalını keçmişdi. Məncə, o, yenə bunu bacarar. Şəhriyar bu gün də dünya şahmat tacı uğrunda oynamaq gücündədir.

- Son illər qadın şahmatındakı uğurlar daha çox diqqət çəkir. Yüksəliş açıq-aydın nəzərə çarpır. Lakin kişilərlə bağlı vəziyyət fərqlidir. Sizcə, niyə belədir?
- Açığı, bu, geniş mövzudur. Mənə görə şahmatçıların özünün öyrənmək, artırmaq istəyi, ambisiyası olmalıdır. Biz ailədə belə görmüşük, məsələn.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO