Pelosinin "göz yaşı" nəticəsiz qaldı: “Nə Ermənistana, nə də...”

18:24 16.01.2023 1 639
Pelosinin "göz yaşı" nəticəsiz qaldı: “Nə Ermənistana, nə də...”

Çin Kommunist Partiyasının ötən ilin oktyabr ayındakı qurultayında bu ölkənin lideri Si Cinpin Tayvan probleminin həllini bu şəkildə göstərmişdi: “Tayvan məsələsini danışıqlar yolu ilə həll etməyə çalışacağıq, bu alınmadıqda güc yolundan istifadəni istisna etmirəm”. Qərb ölkələri Cinpinin bu açıqlamasını müharibə xəbərdarlığı kimi qəbul edirlər”.

Musavat.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Cinpinin açıqlamasına baxmayaraq, Pekində müharibə tərəfdarları çox deyil:

“Çinin Tayvan məsələsi üzrə rəsmisi Ma Syaoqan bildirib ki, adanın nümayəndələri ilə təmasları genişləndirməyə hazırdırlar. Bu açıqlama Vaşinqtonda müsbət qarşılanıb. Təsadüfi deyil ki, ABŞ-ın Tayvan adası ətrafındakı hərbi dəniz qüvvələrinin fəallığı nisbətən azalıb.

Bu arada, ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər hazırlaşır. Tayvanda keçirilən seçkilərdə müxalifətdə olan “Qomindan” Partiyası qələbə qazanıb. Bu partiya Pekinlə praqmatik danışıqların tərəfdarıdır.

Tayvan adasının keçmiş hakimiyyəti Pekinlə dialoqun əleyhinə idi. Vəziyyəti mürəkkəbləşdirən ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri oldu. Bu səfər Pekinin hərbi ritorikasını sərtləşdirdi. Pelosinin Ermənistana səfəri heç bir nəticə vermədiyi kimi, onun Tayvana səfəri də bölgədəki gərginliyin azalmasına xidmət etmədi. Tayvanda hakimiyyət dəyişdiyi kimi Pelosi də bu gün Nümayəndələr Palatasının sədri deyil”.

Ekspertlər hesab edirlər ki, müharibə nə Çinin, nə Tayvanın, nə ABŞ-ın, nə də bölgə ölkələrinin maraqlarına cavab verir:

“Buna baxmayaraq, Çin bölgədə hərbi gücünü artırmaq siyasətindən imtina etməyib. Pekin Tayvanı Çinə birləşdirmək fəaliyyətlərini genişləndirəcək. Vaşinqton danışıqların tərəfdarı olsa da, Çinin bölgədə hərbi gücünün artırmasına seyrçi qalmayacaq. Vaşinqton bölgədəki müttəfiqləriylə birgə Çinin artan gücünün qarşısını almağa çalışacaq.

“Blumberq” agentliyinin məlumatına görə, bu il ABŞ-ın Tayvan adası ətrafında müttəfiqləriylə birgə bir neçə hərbi təlimi nəzərdə tutulub.

Tayvan ətrafında vəziyyətin inkişafına dair 24 ssenari var. Bu ssenarilərin bir hissəsində ABŞ və bölgədəki müttəfiqlərinin Çinlə hərbi qarşıdurması yazılıb. Hərbi ssenarilər tərəflərin böyük itkisinə səbəb olacaq. Mümkün müharibənin Tayvan iqtisadiyyatına dağıdıcı zərbəsi olacaq. Blinken elə ona görə Pekinə səfərə hazırlaşır ki, ssenarilərin ən pis variantı reallaşmasın. Seçim Pekinindir”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}