Hazırda İrəvanın Respublika meydanında etiraz aksiyası keçirilir.Xəbər verilir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Sosial şəbəkələrdə edilən çağırış əsasında insanlar kortəbii şəkildə hökumət binası qarşısından toplaşaraq Ermənistan hakimiyyətindən Azərbaycana qarşı addımlar atmağı tələb edirlər, - deyə, məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirlərinə başlayıb./Bakupost