Xəbər verdiyimiz kimi, Qarabağın erməni icmasının nümayəndələri sentyabrın 21-də Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax şəhərinə gəlib. Xəbər verilir ki, rəsmi Bakını Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, millət vəkili
Ramin Məmmədov təmsil edir.
Qarşı tərəfin məlumatına görə, Qarabağın erməni icmasının nümayəndələrinə "dövlət naziri" adlandırdıqları
Artur Arutyunyan rəhbərlik edir.
Lakin erməni Telegram kanallarının yaydığı məlumata görə, Artur Arutyunyan görüşə gəlməkdən çəkinib. Onu özünü separatçıların “parlament üzvü” adlandıran David Melkumyanın əvəz etdiyi bildirilir.
Becan.az