İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədi ilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir. Bunun fonunda hakimiyyət ölkədə komendant saatı tətbiq etməyi planlaşdırır.Xəbər verilir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki vəziyyətlə əlaqədar öz komandası ilə komendant saatı tətbiq etmək qərarını müzakirə edib.
Qeyd edək ki, artıq 3 gündür ki, İrəvanda itaətsizlik nümayişləri keçirilir və hakimiyyət daxilində çaxnaşma yaranıb”, - deyə, “Joxovurd” yazır.
Becan.az