Vardanyanların biznes və varidatları

11:04 2.10.2023 2 555
Vardanyanların biznes və varidatları

Milyarder Qarabağa gəldikdən sonra Rusiyadakı bütün biznesini arvadının idarə etdiyi “Q Capital” şirkətinin idarəçiliyinə verib
“Laçın” postunda saxlanılan qondarma separatçı rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Səbayel Rayon Məhkəməsi dörd aylıq həbs qəti-imkan tədbiri seçib.


1968-ci il təvəllüdlü R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürüb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində onun istintaqı davam edir.

Musavat.com xəbər verir ki, Rusiya mediası onun bu ölkədəki biznes və əmlakları haqda yazıb.

Məlumdur ki, Ruben Vardanyan Rusiyada “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6 milyard dollar çıxarılıb. O, “Skolkovo” məktəbinin ilk prezidenti və “Rosqosstrax”ın idarə heyətinin üzvü kimi tanınıb.

Məlumata görə, milyarder Qarabağa gəldikdən sonra Rusiyadakı bütün biznesini “Q Capital” şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, keçənilki gəliri 800 milyon rubl təşkil edib. “Q Capital”ın sahibləri isə “TD Advisors” offşor şırkəti və Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir.

Ümumilikdə, Ruben Vardanyan “Q Capital”ın nəzarəti altında olan bir neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin səhmlərindən getdiyinə baxaq. "Avtoinvest"in 20 faizi. 2021-ci ilin dekabrına olan məlumata görə, “Avtoinvest” “KamAZ” səhmlərinin 23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə “Avtoinvest” in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.

“Feelgood” Konstaltinq Bürosunda 60 faiz paya sahib olan Vardanyanın bu bürosu audit və risklərin qarşısının alınması da daxil olmaqla, Rusiyadakı xeyriyyəçi QHT-lərə hüquqi, maliyyə, piar və qrant dəstəyi xidmətləri göstərir. Ümumi “çirkli gəliri” ildə təxminən 150 milyon rubl təşkil edir, lakin rəsmi xalis gəliri cüzidir.

“Atlanta” və “Atlanta Şimal-Qərbi” adlanan qapalı biznes klubunda da biznesmenin 85 faiz payı var. Mövcud olduğu beş il ərzində gəlirlər yüz milyondan üç yüz milyona qədər artıb, keçən il də xalis mənfəət əldə edib.
"Vosxod"adlı qiymətli kağızlar dillerində 25 faiz payı olsa da, məlumatlara görə, ötən il təxminən 200 milyon rubl dəyərində aktivlərini itirib.

Həmçinin, Vardanyanın həyat yoldaşının nəzarət etdiyi "Q Capital"ın idarəetməsində faydalı qazıntıların çıxarılması üçün lisenziyası olan Belqorod sənaye parkında "Kombinat" şirkəti və Moskva yaxınlığında plastik istehsal edən zavod var.

Daşınmaz əmlaklarına gəlincə, Kremlin bir neçə addımlığındakı Arbat ərazisində yerləşən “Romanov Dvor” biznes mərkəzi Vardanyan ailəsinin mülkiyyəti olaraq qalır. Bu, Moskvadakı ən bahalı kommersiya məqsədli daşınmaz əmlaklarından biridir. Hazırkı qiymətlərlə hər il təxminən 3 milyard rubl gəlir əldə edə bilər.

Rusiya KİV-lərinin məlumatına görə, Vardanyanın qohumları, o cümlədən həyat yoldaşı Veronika Zonabend hazırda Rusiya paytaxtındadır. Çox güman ki, onlar "Romanov" dəbdəbəli yaşayış kompleksində ("Romanov Dvor" biznes mərkəzi ilə üzbəüz yerləşir) təxminən 400 milyon rubl dəyərində 230 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırlar. Bu bina SSRİ-də Xruşşov, Molotov, Voroşilov, Kosıgin, Budyonnı, Jukov və digər partiya rəhbərlərinin yaşadığı qraf Şeremetyevin keçmiş yaşayış binalarının məhəlləsinə aiddir. İndi modern şəkildə təmir olunub və əla görünüşə sahibdir. Qapı şir heykəlləri ilə “qorunur”. Qədim fənərlərlə işıqlandırılan həyətdə inqilabdan əvvəlki aristokratik ab-hava yaradır. Bütün mənzillər ağıllı ev sistemləri ilə təchiz olunub.

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edənə qədər Moskvada “Petrovski həyəti”ndə 150 kvadratmetr ərazidəki mənzildə qeydiyyatda olub. Bura III Aleksandrın dövründə tikilmiş altı tarixi malikanə olan eksklüziv yaşayış kompleksidir. 7/24 mühafizə olunur, nəzarət-buraxılış məntəqəsi, ətrafda kameralar var. Vardanyanların bu daşınmaz əmlakının qiyməti də150 milyon rubl qiymətləndirilir.
Vardanyanlar ailəsinin Tverskaya küçəsindəki “Stalinka” binada da təxminən qiyməti 70 milyon rubl olan mənzili var. Bu, Qalina Vişnevskaya, Mstislav Rostropoviç, Georgi Sviridov və başqa musiqi elitasının yaşadığı Stalin dövründəki binadır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}