Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, işçi hərəkatı fəalı Rza Şəhabinin xəstəxanaya köçürülməsinə icazə verilməyib.Xəbər verilir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan fəal həbsxana geyimindən imtina etdiyinə görə tibbi yardımdan məhrum edilib.
2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.
O,
“hökumətə qarşı təbliğat” və
“ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Becan.az