"Artiq bizim Artsaxmız yoxdur. Bu, sizin kimi məni də cox incidir. Ancaq sülh bərqərar olunmalıdır".
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu oktyabrın 27-də Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində Ermənistan baş prokurorunun keçmiş müavini, respublikanın keçmiş hərbi prokuroru Qaqik Cangiryan deyib.
Bunun niyə baş verdiyini soruşduqda Cangiryan belə cavab verib:
“Mən siyasi analitik deyiləm.
Mən sülh tərəfdarıyam. Babaları döyüşən, ataları da döyüşən nəsil yetişib və nəvələr də döyüşüb. Qonşularımızla münaqişənin əsrlərlə davam etməsini istəyirsiniz? Biz bir yerdə dayanmalıyıq. Qonşularımızla sülhün bərqərar olmasının vaxtı çatıb”, - deyə, Cangiryan fikrini yekunlaşdırıb.