Şəkərlə qəndin fərqi: Həm tərkibi, həm sözlərin mənası

19:00 30.10.2023 1 505


Fuad İslamzadə
"Azərbaycan Tibb jurnalı"nın baş redaktor müavini




Şəkər və qənd sözlərinin fərqini hələ də bilməyənlər üçün...

Keçən əsrin sonlarında Azərbaycan televiziyasında həftədə bir dəfə "Azərbaycan dili" verilişi nümayiş etdirilirdi. Verilişin aparıcısı tanınmış filoloq, Elmlər Akademiyası nəzdində Terminologiya Komissiyasının sədri, mərhum professor Məmməd Qasımov idi. Proqramın daimi tamaşaçıları arasında mən də var idim.

Verilişlərdən birində aparıcıya belə bir yazılı sual verildi:

- Şəkər və qənd sözləri arasında nə fərq var?

Aparıcının cavabı belə oldu: - Şəkər sözü dilimizə fars dilindən keçib, qənd sözü - ərəb dilindən.

Mənə qalarsa, biz onun parça şəklində olanına qənd, toz şəklində olanına şəkər deyə bilərik. Son günlərdə mən də dostlarıma yuxarıdakına bənzəyən sual verdim, aldığım cavablar da o cavaba oxşar oldu.

Beləliklə, nəticə çıxara bilərik ki, bu sözlər bir-birinin sinonimidir. Yəni, verilən cavabları düzgün hesab edə bilərik, danışığımızda və bədii ədəbiyyatda bu sözləri eyni mənada işlətməkdə haqlıyıq. Ancaq bu suala bir qədər fərqli mövqedən - biokimyaçı və həkimlərin mövqeyindən yanaşarıqsa, cavab birmənalı olmayacaq.

Biz tez-tez tibbə və xəstəliklərə aid söhbətlərimizdə "qanda şəkərin qatılığı", " şəkərli diabet", "şəkərsiz diabet" kimi ifadələr eşidir və işlədiriksə, bəs bu ifadələrdə nəyə görə "şəkər" sözünü heç vaxt qəndlə əvəz etmirik?

Bu suala belə cavab vermək olar:

— İnsan və heyvan orqanizminin toxumalarında və bitki mənşəli qida maddələrinin tərkibində şəkərin müxtəlif növlərinə rast gəlinir. Ümumiyyətlə, şəkər adı altında karbohidratların müxtəlif xırdamolekullu növləri nəzərdə tutulur; bunlar suda yaxşı həll olan, şirin dadlı maddələr olub, kimyəvi tərkibinə görə Cn(H2O)n-1 formuluna uyğun gəlir və bir-birindən ilk növbədə tərkibindəki karbon atomlarının sayına görə fərqlənir. Canlı təbiətdə karbohidratların onlarla növü olduğu halda, onlardan yalnız birini - saxarozanı qənd adlandırırıq.

Qida maddəsi kimi geniş istifadə edilən saxaroza şəkər çuğundurundan və şəkər qamışından alındığına görə, ona çuğundur şəkəri və qamış şəkəri kimi adlar verilmişdir. Şəkərlərin müxtəlif növləri monosaxaridlər, disaxaridlər, trisaxaridlər və oliqosaxaridlər adı almış qruplara bölunur və bu qruplara da müxtəlif sayda şəkər növləri daxildir. Hər bir şəkər növü haqqında burada məlumat verməyi lazım bilmirəm, maraqlananlar bu maddələr haqqında spesifik ədəbiyyatdan məlumat ala bılərlər.

Şəkərlə qəndin fərqi: Həm tərkibi, həm sözlərin mənası
Burada şəkərlərin təbiətdə geniş yayılmış və qida maddəsi kimi əhəmiyyətli olan bir neçə növü haqqında qısa məlumat verək. Qida maddələri arasında daha çox rast gəlinən monosaxaridlərə qlükoza (üzüm şəkəri), fruktoza (meyvə şəkəri) və qalaktoza aiddir. Adından məlum olduğu kimi, disaxaridlər 2 monosaxaridin birləşmələridir.

Bunlardan da daha geniş yayılanları saxaroza (çuğundur və ya qamış şəkəri) və laktoza (süd şəkəri) daha geniş yayılmışdır. Kimyəvi tərkib baxımından saxaroza bir molekul qlükoza ilə bir molekul fruktozanın, laktoza isə bir qlükoza və bir qalakoza molekulunun birləşməsidir.

Saxaroza və laktoza insan qidasının tərkibində nə qədər olsa da, normal halda bağırsaqlardan sovrulmur və qanın tərkibində onlara rast gəlinmir. Saxaroza bağırsaqdan sorulmaq üçün qabaqcadan xüsusi fermentativ reaksiya vasitəsilə parçalanıb qlükoza və fruktozaya, laktoza isə qlükoza və qalaktozaya çevrilməlidir. Onlar yalnız bağırsaq divarında müvafiq fermentlərin sintez edilməməsi ilə əlaqədar olan nadir irsi xəstəlik hallarında bagırsaqlarda uzun müddət qala bilir və bu halda qana keçir. Lakin bu halda da orqanizm saxaroza və laktozadan istifadə edə bilmir və onlar sidiyin tərkibində orqanizmdən xaric edilirlər.

Qanın tərkibindəki şəkər isə əsasən qlükozadan ibarət olur. Analiz üçün götürülən qanda fruktoza və qalaktoza da cüzi miqdarda olur. Çünki onlar bağırsaqlardan sovrulduqdan sonra ilk növbədə qaraciyərə gətirilir və burada müvafiq biokimyəyi reaksiyalara uğradıqdan sonra qlükozaya çevrilir. Beləliklə, biz qanda səkərin qatılığı haqqında danışanda ilk növbədə qlükozanı nəzərdə tuturuq.

Yuxarıda şərh edilənlərə əsaslanaraq belə nəticə çıxarmaq olar ki, bizim qənd adlandırdığımız ərzaq maddəsinə bədii ədəbiyyatda və danışıq zamanı şəkər deyilməsində ciddi bir yanlışlıq olmasa da, elmi ədəbiyyatda bu ifadələrə fərq qoyulmasına ehtiyac var. Bir sözlə, əcdadlarımız ana dilimizə bu iki ifadəni qəbul etməklə heç də səhvə yol verməyiblər.

Şəkərlər haqqında bu qısa məlumatı verməkdə məqsədim həm də bu sözün mənşəyini izah etməkdir. “Azərbaycan dilinin izahlı lüğəti”nin 4-cü cildində(Bakı, Şərq-Qərb nəşriyyatı,2011) şəkər sözünün fars dili mənşəli olduğu bildirilir. Lakin dünya xalqlarının əksəriyyətinin dillərinə nəzər salsaq, bu sözün azacıq fərqlənən variantlarına rast gələrik. Məsələn, ingilis dilində şəkərə sugar, alman dilində zusker, italyan dilində zuschero, ispan dilində azucar, portagiz dilində açucar, isveç dilində socker, fin dilində sokaria, yunan dilində zachari deyilir. Həmin dillərin orfoepiya qaydalarını nəzərə alaraq. deyə bilərik ki, əslində şəkər sözü də daxil olmaqla, bu sözlərin hamısının kökü eynidir.

Qısa bir araşdırma apardıqda isə aydın olur ki, şəkər sözünün fars dili mənşəli olduğuna dair fikirdə yanlışlıq vardır. Əslində bu sözün kökü qədim hind dilində eyni mənanı verən sarkarah sözünə bağlıdır. Beləliklə, bu məlumat bütün dünya xalqlarının dillərinin bir-birilə üzvi surətdə əlaqəli olduğunu nümayiş etdirir.

Bunu nəzərə alaraq, son vaxtlar bəzi söydaşlarımızın tarix boyu işlədilərək dilimizə uyğunlaşdırılmış alınma sözlərdən imtina etməyə dair çağırışlarını əsassız hesab edirəm. Əcdadlarımızın əsrlər boyu öz təfəkkür süzgəcindən keçirib qəbul etdikləri sözlərdən imtina etməyimiz dilimizi kasıblaşdırmaqdan savayi heç bir effekt verə bilməz.(Medicina.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:58

Bu müavinətlərin artırılması təsdiqlənib

12:18

Sumqayıt teatrının aktyoru vəfat edib

11:18

Şəxsi məlumatları paylaşmayın - DİN-dən müraciət

10:40

Ədalət Nəbibəyli ömür zirvəsinə doğru bir pillə də irəlilədi

17:52

Hərbi çağırış yaşının 30-a endirilməsi qanunla təsdiqini tapdı

12:07

Bakıda aptek müdiri xanım işçisini vəhşicəsinə döyüb - VİDEO

11:58

Tovuzda 15 şagird zəhərləndi

14:06

Sumqayıtı Sarayla birləşdirən körpü sökülür

14:00

Makron hökuməti Azərbaycan üçün təhlükə yaradır

13:53

Sulu qar və qar yağacaq...

13:49

İrəvan 2 şərti yerinə yetirməsə, sülh müqaviləsi imzalana bilməz

13:33

Əvəz Zeynallının həbs müddəti azaldılıb

18:59

Əsgərlik yaşının azaldılmasının səbəbi...

18:48

Milli Məclis işçilərinin maaşı artırılır

14:22

Dövlət büdcəsinə yeni xərc maddəsi əlavə ediləcək

12:52

Rusiyada Putinin azərbaycanlı müəlliminin xatirəsi anılıb - FOTO

11:21

FAKTİKİ HAVA: külək, qar...

12:20

Əsədin sarayından ruhi xəstəliklərə qarşı həblər tapıldı

12:14

Cinayət xarakterli məsələləri hüquq-mühafizə orqanlarına yönləndiririk - Təhsil naziri

12:03

Saxta həkimlərlə bağlı prokurorluğa müraciət edilib - Nazir

11:54

Üçüncü ölkə münasibətlərin normallaşmasına zərər yetirir - Hacıyev

19:14

Azərbaycan XİN Suriya ilə bağlı bəyanat yayıb

18:57

Ərdoğan səhv hesablama aparır - Dugin

03:26

Əsəd qaçdı, Türkiyə sərhədi açır - Ərdoğan

03:16

Dəməşqdə toqquşma zamanı azı 28 nəfər ölüb...

11:37

Politoloq Azər Qasımlı saxlanılıb

13:51

Dekabrın 1-dən ölkə ərazisində yağmur gözlənilir

12:46

Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişir

12:41

Müharibə iştirakçıları ilə bağlı yeni TƏKLİF

20:32

Sumqayıtda zibil qabları günlərlə daşınmır - FOTO

20:15

Hərbi ekspert həbs edilib

13:00

70 kg qızılla tutulan azərbaycanlının kimliyi bəlli olub

11:36

"Tramp keçmişdə baş verənlərdən nəticə çıxartmalıdır"

11:25

Rusiya ilə danışıqların mənası yoxdur...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO