"Bakının Baş Planının təsdiq olunması vacib məslədir. Milli Məclisdə dəfələrlə bu məsləyə toxunmuşuq".Bu sözləri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı haqda danışan millət vəkili Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri Bakıdan köçürülməlidir:
“Bu nazirliklər rayonlarla işləyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyini Gəncə şəhərinə köçürmək olar. Bir ara Kənd Təsərrüfatı Nazirliyini Ağdam rayonuna köçürmək məsələsi var idi, bu da məqbul variantdır”.Becan.az