Bu rayonda yulğun meşəsi kökündən məhv edilir – VİDEO, FOTO

21:35 19.01.2023 10 095
Bu rayonda yulğun meşəsi kökündən məhv edilir –  VİDEO, FOTO

ETSN-nin 3 saylı Regional idarəsinin əməkdaşlarının da bu vəziyyətdən xəbərdar olduqları bildirilir

İmişli rayonunun Məmmədli kəndi ərazisində adı “Qırmızı kitab”da olan yulğun kolları kütləvi surətdə məhv edilir. Şum çıxartmaq məqsədilə, təxminən, 45-50 hektar yulğun meşəsi traktorlar vasitəsilə kökündən çıxarılmaqla, soyqırım edilib.


Bu barədə Becan.az saytına, İmişli rayon Məmmədli kənd sakinlərindən aldığı bilgilər əsasında, Mehman Məmmədoğlu məlumat verib. Məlumatda bildirilir ki, yulğun meşəsini özlərini “GP İmişli Cotton” MMC adlı şirkətin nümayəndələri kimi təqdim edən Fuad Kərimov və Nicat Abdullayev şumlatdırıb. Sakinlər qeyd edib ki, F.Kərimov və N.Abdullayev 200 hektardan yuxarı örüş-otlaq sahəsi kimi istifadə olunan yulğun meşəliyini İmişli rayon İH-nin keçmiş başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevdən aldıqlarını iddia edirlər. Yerli əhalinin narazılığına baxmayaraq, artıq 45-50 hektar örüş sahəsinin şumlandığı bildirilir.


“Sözügedən ərazilər “Dövlət fondu”na aid torpaqlardır, örüş-otlaq təyinatlıdır. Həm də kəsilməsi qanunla qadağan olunan yulğun kollarından və digər aran torpaqlarında bitən yabanı bitkilərdən ibarətdir. Amma “Cotton” MMC-nin nümayəndələri bu əraziləri əkin məqsədləri üçün şumlayırlar.
Vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional idarəsinin yegerləri Sərxan(soyadı qeyd olunmayıb-red.) və Seymur Qarayevin, hüquqşünası Zaurun(soyadı qeyd olunmayıb-red.), müfəttişi Eltonun(soyadı qeyd olunmayıb-red.) məlumatları var. Məsul şəxslərin dediklərinə görə, əraziyə baxış keçiriblər, təbiətə vurulmuş ziyana görə, akt tərtib eləyiblər. Lakin hələ ki, görünən bir nəticə yoxdur. Belə ki, minlərlə bitkinin taleyinə laqeydlik davam eləyir.”
– deyə, mənbə fikrini tamamlayıb.

Redaksiyadan: Dövlət fonduna aid torpaqların, xüsusən də istifadədə olan örüş sahələrinin alver predmeti olmadığı məlumdur. Üstəlik, yulğun meşələrinin məhv edilməsi isə, ekoloji cinayətdir.

Qeyd edək ki, yulğunun “laksa” növü “Qırmızı kitab”a düşüb. Məhz, bu növ kəsildikdə cərimələrin əmsalı da artır. Belə ki, 4 santimetrə qədər olan adi yulğun kolu məhv edilərsə, cəriməsi 80 manatdır. “Qırmızı kitab”a düşən “laksa” növü kəsilərsə, o zaman cərimə 25 əmsala vurulur. Ümumiyyətlə, yulğunun kəsilməsinə görə, fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimələnir. Bu məbləğin üstünə dəymiş ziyan da gəlir. Avtomobil yollarının kənarında və dəmir yolu zolaqlarında kəsilən yulğunlar üçün tətbiq olunan cərimə daha ağırdır. Fiziki şəxslər 2500, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə edilir.


Yulğun kollarının bu qədər qiymətli olmasının səbəbləri isə aşağıdakı faydaları ilə bağlıdır: Yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər. Yulğun kollarında gizlənən quşlardan biri qırqovuldur. Bundan başqa, ərəbdovşanı da yuvasını məhz bu kolun dibində salır. Bioloqlar yulğunun insan orqanizmi üçün xüsusi rol oynadığını da qeyd edirlər. Ağ ciyərin müalicəsində yulğun bitkisinin tüstüsündən istifadə edilir, eyni zamanda, tənəffüs yollarının açılmasında xeyirlidir.(Mənbə: AZƏRTAC, ekoloq Elman Hacıyev, bioloq Elmira Abıyeva)

Mövzuda adı hallanan şəxslərin mövqelərini dinləməyə hazırıq.(Becan.az)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}