Şəhidin qardaşı: "Qəbir də qazılmırdı, sanki torpaq da onların ölümünə heyifsilənirdi..."
Cəmiyyət / Gündəm
23:3219.01.2023 504
Şəhidlər xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub
“...Xırdalan qəbiristanlığına gəldik. Qəbirqazan yox idi, özümüz qazası olduq. Qəbir də qazılmırdı. Sanki torpaq da onların ölümünə heyifsilənirdi...”.
Becan.az xəbər verir ki, bu sözləri "Baku TV"-də yayımlanan “O kimdir?” verilişinin qonağı, 20 Yanvar Şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.
Şəhidin qardaşının bildirdiyinə görə, "Şəhidlər Xiyabanı"na gətirilən ilk şəhidlər İlhamla Fərizə olub: “Dəfn vaxtı gəldi. Adətə görə, qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun...”.