Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb.
Xəbər verilir ki, bu barədə təbliğatçı “Readovka” daxil olmaqla bir sıra Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən ərazidə “kütləvi PUA hücumu” olduğunu bildirib:
“İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”.Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib.
Becan.az