"Qarabağ Sizsiz... " - Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

22:01 5.04.2024 4 018
"Qarabağ Sizsiz... " - Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

04 aprel 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə tarix müəllimi Günay Şərifzadənin təşkilatçılığı ilə şagirdlər tərəfindən hazırlanmış 3 cildlik “Qarabağ Sizsiz...” kitabının təqdimatı keçirilib.

Təqdimat üçün düzənlənən tədbirdə Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin valideynləri, qazilər, Vətən Müharibəsi Qəhrəmanları, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirin girişində liseyin direktoru Tariyel Talıbov açılış nitqi söyləyib.


Açılış nitqinin ardınca tədbir lisey şagirdlərinin hazırladıqları müxtəlif səhnəciklərin və şəhid valideynlərinin çıxışlarının növbələşməsi ilə davam edib.

Yığıncağın sonunda “Qarabağ Sizsiz ...” kitabının tərtibçisi, ideya müəllifi Günay Şərifzadə çıxış edərək, şərait yaradanlara təşəkkürlərini bildirib. O, kitabın birinci cildinin ilk dəfə indi 11ç sinfində oxuyan şagirdlərin köməyi ilə yazıldığını, sonrakı nüsxələrinin 10ç, 10d, 10e sinif şagirdlərinin iştirakı ilə tamamlandığını qeyd edib.


Müəllif, eyni zamanda, kitabın adı ilə bağlı da qısaca məlumat verib. Belə ki, “Qarabağ Sizsiz ...” adını Şəhid General, Milli Qəhrəman Polad Həşimovun övladı, liseyin 11ç sinif şagirdi Davud Həşimovun təklif etdiyini diqqətə çatdırıb. G.Şərifzadə vurğulayıb ki, bu ad iki mənada düşünülür: birinci mənada Qarabağ Sizsiz, - yəni, Siz elə Qarabağın özüsüz; digər mənası - Qarabağ azaddır, amma fiziki olaraq Sizsizdir.

Tədbir “Qarabağ Azərbaycandır!” şüarı ilə sona çatıb.

Liseyin rəhbərliyi tədbirin təşkilində əməyi olan hər kəsə tək-tək təşəkkür edib, cansağlığı, işlərində uğurlar arzulayıb.





















Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}