Aprelin 3-də Təbrizin "Səhənd" (Yadiqare İmam) stadionunda Təbrizin “Traktor” və İsfahanın “Sepahan” futbol komandaları arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki nəfər həbs edilib.Xəbər verilir ki, bu barədə “Həmşəhri” qəzeti məlumat yayıb.
“Bu, Azərbaycanla İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verib. Bir sıra mənbələr həbs edilənlərin pantürkist cərəyanlara mənsub olduğunu bildirir”, - deyə, qəzet yazıb.
Saxlanılanların kimliyi və hara aparıldıqları barədə əlavə məlumat verilməyib.
Becan.az