"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev yenidən həbs edilib.Bu barədə Gununsesi.info məlumat yayıb.
Daxil olan məlumatda bildirilir ki, baş redaktor Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Məlumatda ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açıldığı və barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Xatırladaq ki, Surxay Əliyev bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.
Becan.az