Bayrağımız niyə dəyişdi? - Tomsonun misilsiz xidməti…

15:17 29.05.2024 2 772
Bayrağımız niyə dəyişdi? - Tomsonun misilsiz xidməti…

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olaraq qəbul olunur. O dövr üçün dünyada mövcud olan üç demokratik dövlət var idi: Amerika, Fransa və Azərbaycan Cümhuriyyəti.

Qısa zamanda böyük tarixi işlərə imza atan Cümhuriyyətimizin bizə miras qoyduğu rəmzlərdən biri üç rəngli, ay-ulduzlu bayrağımızdır. Çox təəssüf ki, bu gün cəmiyyətdə bayrağımızın fəlsəfəsini bilmədən onun barəsində yanlış məlumatlar yazırlar. Ən təhlükəlisi isə cəmiyyəti, dövlət başçısını və rəsmiləri, medianı çaşdırırlar. İddia edirlər ki, guya Azərbaycan bayrağının yaradılması ideyası Cümhuriyyət dövründə Bakının general-qubernatoru olmuş general-leytenant ser Vilyam Tomsonun olub. Bunu iddia edənlər də ortaya nəinki tutarlı fakt qoyurlar, heç bayrağımızın fəlsəfəsini bilmirlər.

Ser Vilyam Tomson 1918-ci ilin sentyabrından 1919-cu ilin may ayına qədər Britaniya ordusunun Şimali İran Qüvvələrinin komandanı olub. Bu müddət ərzində, həmçinin Cənubi Qafqazdakı ingilis qoşunlarına da komandanlıq edib. Onun Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmaq hüququ olmayıb. 1992-ci ildə Stanford Universitetində Audrey L.Altstadtın “Azərbaycan türkləri: Rusiya hakimiyyəti altında güc və kimlik” adlı nadir sənədlər, o dövrün qeydləri üzrə nəşr edilən kitabında generalın öhdəliyi konkret göstərilir ki, o, dövlətin daxili işlərinə qarışmayacaq. (Bax: https://www.avetruthbooks.com/.../audrey-l-altstadt).

O, Britaniya Qoşun Komandanlığına və "Antanta" Ali Şurasına verdiyi hesabatlarda AXC-nin müstəqil yaşaya bilmə qabiliyyətinin yüksək olduğunu bildirmişdi.

Tomson Bakının general-qubernatoru olsa belə, Azərbaycan Cümhuriyyətinin bayraq məsələsinə müdaxiləsi olmayıb. O, modern bir dövlətin türk-islam dövləti kimi dünyaya tanınmamasını istəyirdi. Cəmi bir dəfə onun təklifi olub ki, ilk gündə bayraq üzərində olan yaşıl rəng öndə olmasın. Bu səbəbdən ki, Qərb dövlətləri Azərbaycanı islam dövləti kimi tanımasın. Çünki o dövrdə Cümhuriyyətin ən böyük hədəfi "Antanta" dövlətləri tərəfindən müstəqilliyinin tanınması idi. Bu tanınma olsaydı, Azərbaycan işğal olunmazdı.

İkincisi: “Niyə ilk qəbul edilən qırmızı, ay-ulduzlu bayraq dəyişdi” sualına da cavabı elə bu izahda vermək olar. Məlumdur ki, Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra, 1918-ci il iyunun 21-də qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul edib. Lakin dünya Osmanlıların da istifadə etdiyi oxşar bayraqla ikinci dövləti qəbul etmək istəmirdi. Tomson bu barədə cümhuriyyətçilərə tövsiyə edirdi ki, əgər "Antanta" dövlətləri tərəfindən tanınmaq istəyirsinizsə və istəmirsinizsə sizi “Osmanlı intiriqası ilə yaradılan dövlət” kimi qəbul etsinlər, müstəqilliyinizi dünyaya göstərəcək qərarlar verin.

Əlbəttə, bu təklifdə haqlı idi və o da istəyirdi ki, Azərbaycan müstəqil dövlət kimi tanınsın, qəbul edilsin. O dövrdə Britaniya başda olmaqla, Fransa, İtaliya, Amerika Osmanlını xatırladacaq hər şeyə qarşı idilər. I Dünya müharibəsində qarşı-qarşıya gələn iki dövlət arasında bu kimi addımlar təbii qarşılanmalı idi.

İndi Rusiya, Osmanlı və İran təsirində olan şəxslər Britaniyanı və onun generalını ittiham edirlər. Lakin unudurlar ki, məhz ilk dəfə cümhuriyyətçilərin bu addımı sayəsində ingilis komandanlığı rəsmi tanınma barədə qərar verib, bəyanatlarında “Azərbaycan Cümhuriyyəti rəyasəti” ifadəsini istifadə edib. Qeyd edim ki, 1918-ci ilin dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisiya hökumətini Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı.

General Tomson olmasaydı, digəri olsa idi, əslində, hadisələr başqa cür inkişaf edəcəkdi. Bunu Azərbaycan hökumətinin başçısı Fətəli Xanın general Tomsonla görüşündə olan söhbət də təsdiqləyir (Bax: Nağı Keykurin “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri”. Bakı 2007).

Bir faktı da qeyd edim. 1919-cu il aprelin sonunda ermənilər Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etmişdilər. General Tomson 1919-cu il mayın 5-də onların rəhbərlərinin Qarabağdan çıxarılması haqqında sərəncam vermiş və iyunun 5-də onlar ingilis nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edilmişdi. İyunun 6-da isə Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirmişdilər.

Üçrəngli bayrağın qəbulu və ideyası müstəqil dövlət olan Cümhuriyyətə məxsus idi, həm də artıq müstəqil hökumətin simvolu idi.

1918-ci ilin 4 noyabrında Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Xan Xoyski birgə üçrəngli bayraq barədə müzakirə edib, qərar verirlər ki, yaşıl, qırmızı və göy rəngdə bayraq qəbul etsinlər. Bu rənglərin də seçilməsi təsadüfü deyildi. Bu, tariximizlə birbaşa bağlı olan rənglər idi.

Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında M.Ə.Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü ilə bağlı beynəlxalq güclərə izah vermək lazım idi ki, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə yazırdı: “Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmışdır, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir...”

Əslində bu məqalədə Rəsulzadə, sadəcə, Britaniyanın eşitmək istədiyi sözləri deyirdi.

Əlbəttə, Britaniya bəzi məsələrdə bizə düzgün yön vermişdi - müstəqil dövlət olan Azərbaycanın dünya tərəfindən qəbul edilməsi üçün. Lakin Azərbaycan bayrağının nə ideya müəllifi, nə də rənglərinin seçimçisi Britaniya idi. Amma onlar qəbul olunan bayrağımızın dünyada tanınmasına dəstək veriblər. 1919-cu ildə Britaniya qoşunlarının Bakını tərk etməsinin isə səbəbi dövlətimizin müstəqil olması və müstəqil idarə edilməsi idi. Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar. Bunu da unutmaq lazım deyil.

Bayraq isə tamam bir başqa fəlsəfəni izah edirdi...

Zaur Əliyev,
Axar.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

11:07

Əhmədzadənin həbsi İspaniyada futbol dərsi alan azərbaycanlı uşaqlara zərbə vurub

10:58

İnflyasiya sürətlənəcək - İqtisadçı

10:58

Azərbaycan-Ermənistan sərhəddi Sovetlər zamanındakı xəritələrə uyğun müəyyənləşəcək - Sarkisyan

10:10

Adnan Əhmədzadə işi böyüdü - ŞOK TƏFƏRRÜAT

09:46

Müəllimləri aparan mikroavtobus aşıb, xeyli yaralı var

09:38

Tramp Putinə deyil, Zelenskiyə inanır

11:06

Cəlalabad şəhərinin adı dəyişdirildi

13:53

Məşhur futbol mütəxəssisi: “İnsan “Qarabağ”a həsəd aparır”

13:42

"Ağrı dağı" təsvirindən imtinanın səbəbi Türkiyə deyil - Paşinyan

13:32

Güclü yağış yağacaq, dolu düşəcək....

18:21

Kimlər məktəb direktoru ola biləcək? - Yeni QƏRAR - VİDEO

17:53

Rusiyanın növbəti saxtakarlığı - Bu dəfə idmanda

12:48

Hacı Murad Yegizarov ll Fəxri Xiyabanda dəfn ediləcək

12:44

BƏƏ Prezidenti Füzulidə qarşılandı

12:40

Marketlərdə, apteklərdə, klinikalarda bu şəxslərə endirimlər olacaq

12:30

Pensiyalar artırılacaq

19:30

Ərdoğan Bakıya görə Azərbaycanı təbrik etdi

14:15

Təhsil haqqı artımı şəxsi istəklə olmamalıdır - Deputat

13:37

Sürücülük vəsiqəsi ilə bağlı yeni QƏRAR

13:10

Leysan yağışlar yağacaq, temperaturlar enəcək

12:44

Təhsil naziri məktəblərdəki qanunsuzluqdan danışdı

13:59

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü - VİDEO

13:31

Rus generalın ölümündə Bakı ermənisi şübhəli bilinir

11:16

Alim Qasımovdan 5 milyon manatlıq villa ilə bağlı AÇIQLAMA

20:43

ƏYNİMDƏKİ YOL... - (poema)

18:47

Qazaxıstan Rusiyadan asılılığı azaldır: Çinlə 70 müqavilə...

18:23

İrəvan ermənilərə nəyə görə verilib? – Kuba jurnalı

17:57

Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

14:20

Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO