Azərbaycan Ermənistandan Geqarkunik bölgəsində 12 müdafiə mövqeyini geri tələb edir."Yenisabah" bildirir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək, yazır:
“Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin daha sonra hansı ərazini delimitasiya edəcəyi ilə bağlı müxtəlif proqnozlar var. Bəziləri deyirlər ki, bunlar Tavuş, bəziləri Sotk və Vardenis, digərləri isə Syunik adlanan anklavlardır.
Mayın 29-da Geqarkunik rayonunun Çəmbərək icmasının Vahan kəndindən yaxınlıqdakı əkin sahələrində tədqiqatçıların göründüyü bildirilir. Onlar deyib ki, Azərbaycan bu sahədə Ermənistandan 12 müdafiə mövqeyini geri tələb edir və onların təslim olacağına dair vəd artıq verilib”.