Kürdəmirdə aramsız leysan fəsadlar törədib.
Xəbər verilir ki, günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ gələn sel suları şəhərin bir çox küçəsində sürücü və piyadalara çətinlik yaradıb.
Bəzi küçələrdə suyun səviyyəsi artdığı üçün avtomobillərin hərəkəti çətinləşib.
Fərdi evlər, həyətlər və yardımçı tikliləri su basıb. Vəziyyətlə əlaqəli əraziyə canlı qüvvə və texnika cəlb edilib.
Becan.az