Türkiyə İranı PKK-ya görə hədələdi

13:31 1.07.2024 924
Türkiyə İranı PKK-ya görə hədələdi

Türkiyə İrandan PKK terror qruplaşmasına silah verməməyi və Ankaranın kürd silahlılarına qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.

Xəbər verilir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti mənbələrə istinadla məlumat verib.

“Ötən həftə İraqın Süleymaniyyə şəhərində Türkiyə ilə İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, - deyə, məlumatda qeyd olunub.

Bildirilib ki, görüşdə İran rəsmiləri PKK-ya heç bir tədarükün edilmədiyini deyiblər:

“Bundan sonra Türkiyə rəsmiləri iranlılara fotodəlillər təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək yüklərin onlara heç bir aidiyyəti olmadığını bəyan edib. Bu dəfə İran hakimiyyətinə birbaşa bildirilib ki, əgər yeni tədarük partiyası olacaqsa, vurulacaq. Ankara İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü sənədlərlə sübut edərək, Tehrandan bu köçürmələrdən imtina etməsini tələb edib. Türkiyənin son istəyi əməliyyat sahəsini çirkləndirməmək olub. İran rəsmilərinə Türkiyənin antiterror əməliyyatına hər hansı müdaxilədən çəkinməli olduqları bildirilib”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}