Prezident seçkilərinin ikinci turunun başlaması və təbliğat-təşviqat kampaniyalarının dayandırılmasına baxmayaraq, Məsud Pezeşkian əleyhinə təbliğat davam etdirilir.Xəbər verilir ki, bu barədə yerli müşahidəçilər və fəallar məlumat yayıb.
Məlumata görə, Səid Cəlilinin seçki qərargahı bölgələrdəki din xadimlərinə ismarış göndərərək, Pezeşkiana qarşı təbliğat, Cəlilinin xeyrinə isə vətəndaşları seçkiyə cəlb etməyi tapşırıb. Bunun müqabilində hər bir din xadiminin kartına 2 milyon tümən (50 AZN) köçürüləcəyi bildirilir.
Bununla yanaşı, səyyar mollalar kiçik şəhər və kəndlərdə sadə vətəndaşlara Məsud Pezeşkianın xristianlığı təbliğ etdiyini, onun islam dininə təhlükə yaratdığını deyir.
Becan.az